Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • km 9/06 s. 4
  • Evdən-evə təbliğ

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Evdən-evə təbliğ
  • Müqəddəs ibadətimiz 2006
  • Oxşar material
  • Evdən-evə təbliğ nə üçün indi vacibdir?
    Gözətçi qülləsi 2008
  • Axşamçağı təbliğ edə bilərsənmi?
    Müqəddəs ibadətimiz 2012
  • Telefonla şahidlik etmək səmərəli ola bilər
    Müqəddəs ibadətimiz 2009
  • Xidmətdə vaxtının qədrini bil
    Müqəddəs ibadətimiz 2015
Müqəddəs ibadətimiz 2006
km 9/06 s. 4

Evdən-evə təbliğ

1. Evdən-evə təbliğlə əlaqədar hansı sual ortaya çıxır və nə üçün?

1 «Həqiqəti yaymaqda hərtərəfli təcrübəsi olanlar razılaşarlar ki, “Minilliyin şəfəqi” kitabı ilə evdən-evə getmək, Həqiqəti təbliğ etmək üçün ən effektli üsuldur». «Sion Gözətçi Qülləsi»nin 1 iyul 1893-cü il sayından (ing.) götürülmüş bu sözlər evdən-evə təbliğin əhəmiyyətini vurğulayır. Bütün dünyada adamlar bu növ fəaliyyətin Yehovanın Şahidlərinin fərqləndirici cəhəti olduğunu görürlər. Bə’zi ölkələrdə insanları evdə tapmaq get-gedə çətinləşdiyi üçün, bu üsul hələ də səmərəlidirmi?

2. Evdən-evə təbliğ etmək üçün Müqəddəs Kitabdan hansı əsas gətirilir?

2 Müqəddəs Kitaba əsaslanır və vacibdir. Evdən-evə təbliğ Müqəddəs Kitaba əsaslanır. İsa Məsih 70 şagirdini öyrədib iki-iki adamların evlərinə göndərdi (Luka 10:5-7). Müqəddəs Yazılara əsasən, İsanın ölümündən bir az sonra onun şagirdləri «hər gün mə’bəddə və evdən-evə tə’lim verməkdən və... müjdələməkdən vaz keçmirdilər» (Həv. iş. 5:42). Həvari Pavel də sə’ylə evdən-evə tə’lim verirdi (Həv. iş. 20:20).

3. Evdən-evə təbliğ etməyin hansı üstün cəhətləri var?

3 Evdən-evə təbliğ xoş xəbəri yaymaqda bu gün də mühüm üsul kimi qalmaqdadır. Onun sayəsində biz layiq olanları təşkil olunmuş və mütəşəkkil surətdə ‘axtara’ bilərik (Mat. 10:11). Adətən adamlar özlərini evlərində daha sərbəst hiss edirlər. Üzbəüz danışarkən — onların səsini eşitməklə, üzlərinin ifadəsini görməklə, evlərinin şəraitini müşahidə etməklə — biz onların qayğılarını və nə ilə maraqlandıqlarını müəyyən edə bilərik. Bunun sayəsində söhbətimizi davam etdirmək asan olacaq.

4. Evdən-evə xidməti daha müvəffəqiyyətli etmək necə mümkündür?

4 Şəxsi sə’ylər. Həvari Pavel «Müjdə üçün» gücünü əsirgəmirdi (1 Kor. 9:23). Adamların çoxu evdə olan zaman, məsələn, axşamlar, istirahət və bayram günlərində təbliğ etmək üçün cədvəlimizdə dəyişiklik etmək lazım gələ bilər. Evdə olmayanları dəftərçənə qeyd et və həftənin başqa günü, yaxud da günün başqa vaxtında baş çəkməyə çalış.

5. Səhhəti zəif təbliğçilər evdən-evə təbliğdə necə iştirak edə bilərlər?

5 Hətta səhhəti zəif olanlar da evdən-evə təbliğ edə bilərlər. Belə təbliğçiləri onlar üçün rahat olan evlərə apara bilərik. Bir bacı təngnəfəslikdən əziyyət çəkir və yarım saat ərzində yalnız bir adama baş çəkə bilirdi. Onu qrupla birlikdə xidmətə də’vət edəndə o, necə də fərəhlənmişdi!

6. Evdən-evə təbliğdə müntəzəm iştirak etmək nə üçün lazımdır?

6 İndi də bir çox həlim adamlar evdən-evə xidmət zamanı hay verirlər. Bir təbliğçi qapını döyəndə belə cavab eşitdi: «Gəlin. Sizin kim olduğunuzu bilirəm. Mən Allaha dua etmişdim ki, kimisə mənə köməyə göndərsin və birdən siz qapını döydünüz. Allah məni eşitdi və sizi göndərdi». Deməli, Yehova həqiqətən də bu təbliğ üsuluna xeyir-dua verir (Mat. 11:19). Həmişə çalış ki, evdən-evə təbliğdə müntəzəm iştirak edəsən.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş