Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • km 1/07 s. 4
  • Sən təbii fəlakətə hazırsanmı?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Sən təbii fəlakətə hazırsanmı?
  • Müqəddəs ibadətimiz 2007
  • Oxşar material
  • Hazırsınız?
    Məsihi həyatı və ibadəti. İş dəftəri 2020
  • Dindaşlarınıza çətinliklərə dözməyə kömək edin
    Gözətçi qülləsi 2022
  • Müqəddəs Kitabda təbii fəlakətlər haqda nə deyilir?
    Müqəddəs Kitaba aid suallara cavab
  • Yığıncaq necə təşkil olunub?
    Əbədi xoşbəxt həyat! Müqəddəs Kitab dərsliyi
Əlavə
Müqəddəs ibadətimiz 2007
km 1/07 s. 4

Sən təbii fəlakətə hazırsanmı?

1. Fəlakətlərə qabaqcadan hazır olmaq nə üçün düzgündür?

1 Hər il milyonlarla adam, o cümlədən ruhani bacı və qardaşlarımız zəlzələ, sunami, musson küləyi, qasırğa, boran və daşqınlara mə’ruz qalırlar. Təbii fəlakətlər gözlənilməz olur və hər birimizin başına gələ bilər. Bu səbəbdən də onlara qabaqcadan hazırlaşmaq düzgündür (Sül. məs. 21:5).

2. Ünvanımız və ya əlaqə telefonlarımız dəyişəndə nəyə görə ağsaqqallara xəbər verməliyik?

2 Qabaqcadan. Bə’zən hökumət orqanları təhlükə doğuran fəlakətlər barədə camaatı xəbərdar edir. Bu cür xəbərdarlıqlara fikir vermək çox vacibdir (Sül. məs. 22:3). Belə vəziyyətdə ağsaqqallar, yığıncağın bütün üzvləri ilə əlaqə saxlayıb lazımi tədbirlər görməkdə onlara kömək etməyə çalışacaqlar. Fəlakət baş verəndən sonra ağsaqqallar çalışacaq ki, yığıncaqlara aidiyyəti olan hər bir adamla əlaqə saxlayıb onların sağ-salamat olub-olmadıqlarını öyrənsinlər və lazımi köməyi göstərsinlər. Belə hallarda hər dəqiqə qızıla bərabərdir. Ona görə də təbliğçilər yığıncaq katibini və kitaböyrənmə nəzarətçilərini ünvanlarının və əlaqə telefonlarının dəyişib-dəyişmədiyindən xəbərdar etməlidirlər.

3. Əgər biz təbii fəlakət zonasında yaşayırıqsa, ağsaqqallarla necə əməkdaşlıq edə bilərik?

3 Əgər yığıncaq tez-tez fəlakət baş verən ərazidə yerləşirsə, ağsaqqallar təbliğçilərdən xahiş edə bilərlər ki, digər ərazidə yaşayan qohum və ya dostlarından birinin adını və telefon nömrəsini ona versinlər. Ağsaqqallar bu mə’lumat sayəsində ərazidən köçürülmüş bacı-qardaşların yerini müəyyən edə bilərlər. Ağsaqqallar həm də fövqəl’adə hal zamanı yığıncağın nə edəcəyi barəsində plan da işləyib hazırlaya bilərlər. Məsələn, ən zəruri əşyaların siyahısını tutmaq olar, həmçinin, fəlakət zonasını tezliklə tərk etmə planını hazırlamaq və xüsusi köməyə ehtiyacı olan bacı-qardaşlara necə kömək etmək haqqında düşünmək olar. Belə tədbirlər məsihçi məhəbbətinin təzahürüdür. Hamının ağsaqqallarla əməkdaşlıq etməsi zəruridir (İbr. 13:17).

4. Ərazimizdə təbii fəlakət baş veribsə, nə etməliyik?

4 Fəlakətdən sonra. Əgər yaşadığımız ərazidə təbii fəlakət baş veribsə, onda nə etməliyik? İlk növbədə ailənin əsas fiziki tələbatları tə’min edilməlidir. İmkan dairəsində köməyə ehtiyacı olanlara əl tutmaq lazımdır. Sağ-salamat qalıb, heç bir köməyə ehtiyacın olmasa da, tez bir zamanda kitaböyrənmənin nəzarətçisi və ya başqa bir ağsaqqalla əlaqə yarat. Əgər köməyə ehtiyacın varsa, əmin ola bilərsən ki, qardaşların sənə kömək etmək üçün əllərindən gələnləri edirlər (1 Kor. 13:4, 7). Unutma, nələr çəkdiyini Yehova Allah görür. Ona arxalan (Məz. 37:39; 62:8). Adamların ruhani köməyə, təsəlliyə ehtiyacı olduğunu görəndə, köməyini əsirgəmə (2 Kor. 1:3, 4). İmkan dairəsində tez bir vaxtda teokratik rejiminə qayıt (Mat. 6:33).

5. Məsihçilər dünyada təbii fəlakətlərin baş verməsinə necə münasibət bəsləyirlər?

5 Təbii fəlakətlər bütün dünyadakı insanları get-gedə daha çox narahat etsə də, biz gələcəyə əminliklə baxırıq. Bir azdan fəlakətlər keçmişdə qalacaq (Vəhy 21:4). Hələlik isə, çətin vaxtlar gəlməmiş onlara hazır olmalı, lakin ifrata varmamalıyıq. Biz insanlara xoş xəbəri sə’ylə çatdırmağa davam etməliyik.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş