MƏSİHİ HƏYATI
Hazırsınız?
Sizin ərazidə təbii fəlakət baş versə, buna hazır olacaqsınız? Zəlzələ, qasırğa, meşə yanğınları və daşqınlar qəflətən baş verir və çox dağıdıcı olur. Üstəlik, terror aktları, iğtişaşlar və epidemiyalar hər yerdə, gözlənilmədən baş verə bilər (Vz 9:11). Heç vaxt düşünməməliyik ki, bizim yaşadığımız ərazidə belə şey ola bilməz.
Hər birimiz fəlakətə hazırlaşmaq üçün müəyyən tədbirlər görməliyik (Ms 22:3). Yehovanın təşkilatı fəlakət vaxtı yardım göstərsə də, biz özümüz də hazırlıqlı olmalıyıq, bunun üçün məsuliyyət daşıyırıq (Qt 6:5).
«TƏBİİ FƏLAKƏTLƏRƏ HAZIRSINIZ?» ADLI VİDEOYA BAXANDAN SONRA NÖVBƏTİ SUALLARA CAVAB VERİN:
Fəlakətlərə ruhani cəhətdən necə hazırlaşa bilərik?
Nəyə görə...
• fəlakətdən əvvəl, fəlakət vaxtı və sonra ağsaqqallarla əlaqə saxlamalıyıq?
• fövqəladə hallar üçün çanta hazırlamalıyıq? (g17.5 s. 6)
• hansı fəlakətlərin baş verə biləcəyini və hər vəziyyətdə nə edəcəyimizi götür-qoy etməliyik?
Fəlakətlə üzləşənlərə hansı üç yolla kömək edə bilərik?