Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • km 2/07 s. 1
  • Təbliğ xidmətində Məsihi təqlid et

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Təbliğ xidmətində Məsihi təqlid et
  • Müqəddəs ibadətimiz 2007
  • Oxşar material
  • Məsihçi xidməti — birinci dərəcəli işimizdir
    Müqəddəs ibadətimiz 2003
  • «Gedin və bütün xalqların içində şagird hazırlayın»
    Gözətçi qülləsi 2016
  • İsa Allahın Padşahlığı haqqında nə öyrədirdi?
    Gözətçi qülləsi 2010
  • Müjdə Cəlilədə vüsət alır
    İsa peyğəmbər. Yol, həqiqət, həyat
Müqəddəs ibadətimiz 2007
km 2/07 s. 1

Təbliğ xidmətində Məsihi təqlid et

1 İsa düzgün xidmət etməyə dair bizə nümunə qoyub. O, Allaha və insanlara bəslədiyi böyük məhəbbəti dəfələrlə və müxtəlif üsullarla nümayiş etdirmişdir. İsa həlim adamlara həqiqəti öyrədir, xəstə və fağırların halına acıyır, onlara mərhəmətlə yanaşırdı (Mat. 9:35).

2 İsanın nümunəsi və tə’limləri. İsa siyasi münaqişələrə qarışmır, insanların güzaranının yaxşılaşması üçün xeyriyyəçiliklə məşğul olmurdu. O yol vermirdi ki, xoş niyyətlə gördüyü işlər, diqqətini əsas fəaliyyətindən yayındırsın (Luka 8:1). İsa gücünü Allahın Padşahlığı haqqında xoş xəbərin təbliğinə çəmləmişdi. O bilirdi ki, bəşəriyyətin çəkdiyi çətinlikləri həmişəlik həll etməyə yalnız bu Padşahlıq qadirdir. İsanın işi olduqca vacib, vaxtı isə çox məhdud idi. Kefernahum sakinləri İsadan orada qalmasını xahiş edəndə, o, şagirdlərinə dedi: «Başqa yaxın qəsəbələrə gedək ki, oralarda da təbliğ edim, çünki Mən buna görə gəlmişəm» (Mark 1:38).

3 İsa şagirdlərini təbliğ işinə hazırlayırdı. Xidmətə yollamazdan əvvəl onlara konkret olaraq tapşırmışdı: «“Səmavi Səltənət yaxındır“, — deyə təbliğ edin» (Mat. 10:7). O, davamçılarına öyrədirdi ki, Padşahlığın maraqları həyatlarında əsas yeri tutmalıdır (Mat. 6:33). İsa göyə gedərkən son sözlərində şagirdlərinə nə edəcəklərini aydın başa saldı: «Beləliklə, gedin, bütün xalqları şagirdim edin» (Mat. 28:19).

4 Padşahlığın vacibliyi. İsanın söhbətlərinin əsas mövzusu Allahın Padşahlığı idi və o, şagirdlərini də buna təşviq edirdi. İnsanların, bəşəri problemləri həll etmək cəhdləri heç vaxt uğur qazanmayıb və qazanmayacaq (Yer. 10:23). Yalnız Allahın Padşahlığı Yehovanın adını təmizə çıxaracaq və bəşəriyyətə daimi rahatlıq gətirəcək (Mat. 6:9, 10). Padşahlıq haqqında həqiqətləri ‘bütün iyrənc işlərdən ötrü ah-nalə edən adamlara’ öyrədəndə, onlar elə bu gün xoşbəxt və mə’nalı həyata, gələcəyə dair sarsılmaz ümidə sahib olurlar (Yez. 9:4).

5 İsa indi də Allahın Padşahlığı haqqındakı xoş xəbərin təbliğində mühüm rol oynayır və bizi dəstəklədiyinə əmin edir (Mat. 28:20). Təbliğ xidmətimiz, İsanın xidmətdə qoyduğu nümunəyə nə qədər uyğun gəlir? (1 Pet. 2:21). Gəlin İsanın xidmətdə qoyduğu nümunəyə bu son günlərdə tam riayət etmək üçün əlimizdən gələni edək!

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş