Müqəddəs Kitab öyrənməsi başlamağa tərəddüd etmə!
1 Allahın Padşahlığı haqda xoş xəbəri fəal təbliğ etməklə biz ‘əlimizdən gələn yaxşılığı’ sahəmizdə yaşayan insanlardan əsirgəmirik (Sül. məs. 3:27). Tezliklə Allahın Padşahlığı insanları işıqlı gələcəyə çıxaracaq, bəşəriyyətə çatdıra biləcəyimiz bundan gözəl xəbər yoxdur. Ola bilsin, sən qeyri-rəsmi təbliğ etməklə, yaxud ədəbiyyat saxlamaqla Padşahlığa olan ümidimizi insanlara fəal surətdə çatdırırsan. Əgər hələ bunu etməmisənsə, nəyə görə Müqəddəs Kitab öyrənməsi keçirməyi qarşına məqsəd qoymayasan?
2 Bə’zən Müqəddəs Kitab öyrənməsinə başlamağa ən böyük maneələrdən biri bu məsələyə necə münasibət göstərməyimizdir. Bə’zi təbliğçilər özlərinə əmin olmadıqları, digərləri isə çox məşğul olduqları üçün Müqəddəs Kitab öyrənməsinə başlamağa cəsarət etmirlər. Aşağıdakı məsləhətlər sizin üçün faydalı ola bilər (Mat. 28:19; Həv. iş. 20:20).
3 Əminsizlik. Ola bilsin, natamam təhsilli olduğun üçün, yaxud başqa səbəblərdən düşünürsən ki, Müqəddəs Kitab öyrənməsini apara bilməyəcəksən. Birinci əsrdə həqiqəti insanlara öyrədən məsihçilər ‘oxumamış, avam adamlar’ idi. Bəs nəyin sayəsində onlar məharətli təbliğçi oldular? Onlar «İsa ilə bərabər olmuşdular» (Həv. iş. 4:13). Bu məsihçilər, tə’limləri və öyrətmə üsulları bizim üçün Müqəddəs Yazılarda qorunub saxlanan Dahi Müəllim İsadan nümunə götürmüşlər. Savadın aşağı olsa da, unutma ki, aldığın ruhani təhsillə heç nə müqayisə oluna bilməz (Yeşaya 50:4; 2 Kor. 3:5).
4 Yehova rəhbərləri və yüksək vəzifə sahiblərini məzəmmət etmək üçün bə’zən peyğəmbərlərdən istifadə edirdi. Ancaq onların bir çoxu Amos kimi sadə adamlar idi. O e’tiraf edirdi: «Mən nə peyğəmbərəm, nə də peyğəmbərin şagirdi. Mən yalnız bir çobanam, fir’on ənciri ağaclarını yetişdirirəm» (Amos 7:14). Buna baxmayaraq, Amos Yehovanın hökmünü danaya ibadət edən kahin Amasyaya çatdırmaqdan çəkinmədi (Amos 7:16, 17). Biz heç vaxt unutmamalıyıq ki, icra etdiyimiz iş Allahındır və O bunun üçün bizə lazım olan bacarığı verəcək (2 Tim. 3:17).
5 Çox məşğul olsan da. Boş vaxtın olmasa da, yəqin sən müntəzəm xidmət etmək üçün konkret vaxt ayırmısan. Müqəddəs Kitab öyrənməsi aparmaq xidmətinin ən sevindirici yönlərindən biri ola bilər. Bu, Yehovanın Kəlamının insanın həyatına tə’sir etdiyini görmək üçün nadir imkandır (İbr. 4:12). Kiminsə ‘həqiqəti dərk etməsi’ üçün şəxsən göstərdiyimiz fədakarlığa Yehova sevinir (1 Tim. 2:4). Hətta mələklər belə, kiminsə keçmiş həyat tərzindən tövbə edib, ruhən inkişaf etməsinə sevinirlər (Luka 15:10).
6 Allah «istəyir ki, bütün insanlar xilas olub, həqiqəti dərk etsinlər» (1 Tim. 2:4). Tərəddüd etmədən Müqəddəs Kitab öyrənməsi apararaq Allahın iradəsini yerinə yetirmək necə də şərəfli işdir!
[Öyrənilmə üçün olan suallar]
1. Biz hansı mə’nada əlimizdən gələn yaxşılığı əsirgəmirik?
2. Nəyə görə bə’zi təbliğçilər kiminləsə Müqəddəs Kitab öyrənməsinə başlamağa tərəddüd edirlər?
3. Biz nəyin sayəsində Müqəddəs Kitab həqiqətlərini insanlara öyrədə bilirik?
4. Amosun nümunəsindən nə öyrənirik?
5. Çox məşğul olsaq da, nəyə görə Müqəddəs Kitab öyrənməsi başlamağa sə’y göstərməliyik?
6. Allahın iradəsilə əlaqədar bizim hansı şərəfli işimiz var?