Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • km 2/08 s. 1
  • Fidiyəni minnətdarlıqla xatırlayın

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Fidiyəni minnətdarlıqla xatırlayın
  • Müqəddəs ibadətimiz 2008
  • Oxşar material
  • «Bunu həmişə edin» Xatirə gecəsi aprelin 5-i qeyd olunacaq
    Müqəddəs ibadətimiz 2012
  • Gəlin Yehovaya minnətdar olduğumuzu göstərək Xatirə Gecəsi — 17 aprel
    Müqəddəs ibadətimiz 2011
  • «Bunu məni anmaq üçün edin»
    Müqəddəs ibadətimiz 2007
  • Gənclər, hansı ruhani məqsədləriniz var?
    Müqəddəs ibadətimiz 2010
Əlavə
Müqəddəs ibadətimiz 2008
km 2/08 s. 1

Fidiyəni minnətdarlıqla xatırlayın

1, 2. Biz nə üçün fidiyəni minnətdarlıqla xatırlamalıyıq?

1 Bütün dünyada məsihçilər İsanın əmrinə tabe olaraq, 2008-ci il martın 22-i, şənbə günü, günəş batandan sonra İsa Məsihin ölümünü qeyd edəcəklər (Luka 22:19; 1 Kor. 11:23-26). Biz bunu 1 975 il əvvəl həmin gün baş vermiş hadisəyə görə dərin minnətdarlıq hissindən irəli gələrək etməyə təşviq olunuruq. İsa işgəncə dirəyində əzablı ölüm qarşısında Allaha tam sadiq qalmaqla, Atasının adını izzətləndirdi, bununla da Şeytanın istehzalarına ən güclü cavabı verdi (Əyy. 1:11; Sül. məs. 27:11).

2 İsanın tökülən qanı, qeyri-kamil insanların səmavi Padşahlıqda Məsihlə birlikdə idarə edəcək Allahın oğulları olmasını təmin edən yeni əhdi qüvvəyə mindirdi (Yer. 31:31-34; Mark 14:24). Bundan əlavə, İsanın özünün də Nakdimona dediyi kimi, Allah Öz sevimli Oğlunu qurban verməklə bəşəriyyətə məhəbbətinin dərinliyini açıq-aydın göstərdi (Yəh. 3:16).

3. Xatirə Gecəsinə gələnlər hansı faydanı əldə edəcəklər?

3 Başqalarını dəvət et. «Bizim Padşahlıq Xidmətimiz»in yanvar sayında tanışların siyahısını tutmaq və hər birini dəvət etmək məsləhəti verilmişdi. Tutduğun siyahıdakı adamları dəvət etməyə başlamısanmı? İnsanları Xatirə Gecəsinə dəvət etmək üçün martın 1-dən başlanan kampaniyada tam iştirak etmək üçün işlərini planlaşdırmısanmı? Bu görüşə gələnlər, fidiyəyə imanlarını artıracaq Müqəddəs Yazılardan məlumat eşidəcəklər, belə iman isə əbədi həyata aparır (Rom. 10:17).

4. Xatirə Gecəsinə nə üçün vaxtından tez gəlməliyik?

4 İmkanı olanlar dəvətnamə ilə çağırılanları mehribancasına salamlamaq üçün görüşə bir az tez gəlməlidirlər. Xatirə Gecəsinə gələnlər adətən çox olduğundan, hərdən görüşlərə gələnlərə qarşı olduğu kimi, yeni gələnlərə də xüsusi diqqət göstərmək vacibdir.

5. Bu mərasimə ürəyini necə hazırlaya bilərsən?

5 Ürəyini hazırla. 2008-ci il üçün «Müqəddəs Yazıların gündəlik araşdırılması» broşürasında və təqvimdə (rus.) martın 17-dən başlayaraq Xatirə Gecəsi ilə əlaqədar Müqəddəs Kitabın oxunmasının cədvəli verilib. İsanın yer üzündəki həyatının axırıncı günlərində baş verən vacib hadisələrin üzərində düşünmək, Xatirə Gecəsi mərasiminə ‘ürəyini hazırlamağa’ kömək edəcək (Ezra 7:10, KM). Müqəddəs Kitabın bu hissələri üzərində dərin düşünmək və dua etmək, fidiyənin təqdim edilməsində Yehovanın və Oğlunun göstərdikləri məhəbbətə minnətdarlığını daha da dərinləşdirəcək (Məz. 143:5).

6. Fidiyəyə görə minnətdarlığımızı artırmaq bizə necə təsir edəcək?

6 Xatirə Gecəsi yaxınlaşdıqca biz həm özümüzü, həm də başqalarını bu əlamətdar hadisəyə yaxşıca hazırlaya bilərik. Minnətdarlıq hissi ilə fidiyəni xatırlamaq, Yehova və Oğlu ilə münasibətlərimizi möhkəmləndirəcək (2 Kor. 5:14, 15). Bu, həmçinin bizi fədakar məhəbbət göstərməkdə onları təqlid etməyə təşviq edəcək (1 Yəh. 4:11).

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş