Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • km 3/08 s. 1
  • Xidmətdə bir-birinizi ruhlandırın

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Xidmətdə bir-birinizi ruhlandırın
  • Müqəddəs ibadətimiz 2008
  • Oxşar material
  • Qapı ağzında yaxşı kömək et
    Müqəddəs ibadətimiz 2010
  • Ağzına su alıb durma
    Müqəddəs ibadətimiz 2014
  • Xidmətə şövqlü ol
    Gözətçi qülləsi 2015
  • «Hər gün bir-birinizi ruhlandırın»
    Gözətçi qülləsi 2016
Əlavə
Müqəddəs ibadətimiz 2008
km 3/08 s. 1

Xidmətdə bir-birinizi ruhlandırın

1 «Yerində deyilən» ruhlandırıcı sözləri hamımız qiymətləndiririk (Sül. məs. 25:11). Təbliğdə əməkdaşlıq edərkən ünsiyyətimizin ruhlandırıcı olub-olmadığını necə müəyyən edə bilərik?

2 Ruhlandırıcı ünsiyyət. Təbliğ xidmətində olduğumuz vaxt ərzində əməkdaşımızla ruhani mövzuları müzakirə etmək necə də ruhlandırıcıdır! (Məz. 37:30). Təqdimələrimiz və ya xidmətdə baş vermiş ruhlandırıcı hadisələr haqqında danışa bilərik (Həv. iş. 15:3). Müqəddəs Kitabı araşdırarkən və jurnalları oxuyarkən tapdığımız, yaxud yığıncaq görüşlərində eşitdiyimiz maraqlı fikirlərlə bölüşürükmü? Biz Padşahlıq Zalında söylənilən axırıncı məruzədən maraqlı fikirləri də müzakirə edə bilərik.

3 Ola bilsin, ev sahibinin etirazının öhdəsindən gələ bilməyəndə məyus oluruq. Oranı tərk etdikdən sonra, növbəti dəfə yarana biləcək belə vəziyyətin öhdəsindən necə gələ biləcəyimizi «Müqəddəs Kitab əsasında söhbətə başlamağın və davam etməyin üsulu» broşürasının köməyilə əməkdaşımızla bir neçə dəqiqə müzakirə etmək faydalı olardı. Əməkdaşımızı təqdiməsində xoşumuza gələn cəhətə görə səmimi-qəlbdən tərifləməklə ruhlandıra bilərik.

4 Təşəbbüsü öz üzərinə götür. Kitaböyrənməmizdə elə təbliğçilər varmı ki, onlarla artıq neçə vaxtdır ki təbliğə çıxmırıq? Onları təbliğə dəvət etməklə ‘müştərək iman vasitəsilə təşviq oluna’ bilərik (Rom. 1:12). Daimi və köməkçi pionerlər səhər tezdən, yaxud axşamüstü, yəni az təbliğçilərin xidmət etdiyi bir vaxtda onlarla xidmətdə əməkdaşlıq edənlərə minnətdardırlar. Biz pionerlərlə xidmət etməklə onlara dəstək ola bilərik. Xəstəliyi ucbatından çox xidmət edə bilməyən təbliğçini tanıyırıqmı? Belə təbliğçi ilə əməkdaşlığımız, məsələn, Müqəddəs Kitab öyrənməsinə dəvət etməyimiz faydalı ola bilər (Sül. məs. 27:17).

5 Hətta kiçik bir şeyə görə tərifləyəməyimiz, yaxud minnətdarlığımız həmişə ruhlandırıcı olur. ‘Bir-birimizi inkişaf etdirmək’ istədiyimiz üçün, kiminləsə təbliğdə əməkdaşlıq edəndə bunu həmişə yadda saxlamalıyıq (1 Salon. 5:11).

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş