Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • km 1/14 s. 2
  • Ağzına su alıb durma

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Ağzına su alıb durma
  • Müqəddəs ibadətimiz 2014
  • Oxşar material
  • Qapı ağzında yaxşı kömək et
    Müqəddəs ibadətimiz 2010
  • Xidmətdə bir-birinizi ruhlandırın
    Müqəddəs ibadətimiz 2008
  • Xidmətə şövqlü ol
    Gözətçi qülləsi 2015
  • Xidmətdə püxtələşək. Yaxşı əməkdaş olmaqla
    Müqəddəs ibadətimiz 2014
Əlavə
Müqəddəs ibadətimiz 2014
km 1/14 s. 2

Ağzına su alıb durma

1. Xidmətdə başqaları ilə əməkdaşlıq edərkən həvari Pavelin nümunəsini necə təqlid edə bilərik?

1 Həvari Pavel həmimanlıları ilə keçirdiyi vaxta bir-birlərini ruhlandırmaq imkanı kimi baxırdı (Rom. 1:12). Bəs sən xidmətdə kiminləsə əməkdaşlıq edəndə bu vaxtdan onu ruhlandırmaq və ona kömək etmək üçün istifadə edirsənmi? Ağzına su alıb durmaq əvəzinə, niyə də xidmətdə effektiv olmaqda sənə nəyin kömək etdiyi barədə danışmayasan?

2. Xidmətdə əməkdaşımızın əminliyini necə möhkəmləndirə bilərik və bu nə üçün vacibdir?

2 Əminliyini möhkəmləndir. Bəzi təbliğçilərdə özlərinə əminlik yoxdur, bu da onların üz ifadəsində və səs tonunda əks oluna bilər. Onların əminliyini möhkəmləndirmək üçün səmimi-qəlbdən tərifləyə bilərik. İnsanın əminliyini daha necə möhkəmləndirmək olar? Bir səyyar nəzarətçi qorxduğu şeylər və onların öhdəsindən gəlmək üçün tez-tez dua etdiyi barədə öz əməkdaşı ilə səmimi bölüşür. Başqa bir qardaş ona əminliyini qorumağa nəyin kömək etdiyini belə ifadə edir: «İlk addım gülümsəməkdir. Mən bəzən bunun üçün dua edirəm». Xidmətdə sənə əminliyini möhkəmləndirməyə kömək edən nəsə olub? Bunu xidmətə çıxdığın əməkdaşınla bölüş.

3. Əməkdaşımızın xidmətdə effektiv olması üçün onunla nəyi bölüşə bilərik?

3 Təcrübəni bölüş. Söhbətə səmərəli şəkildə başlamaq üçün yerli ərazidə baş vermiş hər hansı hadisə ilə bağlı sadə giriş sözlər və ya sual fikirləşib tapmısan? Nümunə üçün olan təqdimələrə öz əlavəni edərək yaxşı nəticələr əldə etmisən? Bunu əməkdaşınla bölüş (Sül. məs. 27:17). Təkrar başçəkməyə gedərkən yolda əməkdaşına planların və buna necə nail olmaq istədiyin barədə danış. Kiminləsə Müqəddəs Kitab öyrənməsi keçirib qurtardıqdan sonra isə müəyyən fikri, ayəni və ya təlim üsulunu nə üçün öyrənənin tələbatına tətbiq etmək qərarına gəldiyinin səbəbini izah edə bilərsən.

4. Nəyə görə bizdə həmimanlılarımıza xidmət işində kömək etmək istəyi olmalıdır?

4 Birinci əsrdəki müjdəçilər təkcə imanda olmayanlara kömək etməklə kifayətlənmirdilər. Onlar həmçinin bir-birlərini ruhlandırmağın və möhkəmləndirməyin vacib olduğunu düşünürdülər (Həv. iş. 11:23; 15:32). Həvari Pavel gənc Timoteyə təlim verdikdən sonra öyrəndiklərini başqaları ilə bölüşməyə təşviq etmişdi (2 Tim. 2:2). Xidmətdə olarkən həmimanlılarımıza yaxşılıq etməklə biz yalnız onların sevincini və effektivliyini artırmırıq, həmçinin səmavi Atamızı razı salmış oluruq (İbr. 13:15, 16).

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş