Oktyabrın 20-dən noyabrın 16-a qədər traktat paylanması üzrə xüsusi kampaniya!
1 Bazar ertəsi, oktyabrın 20-dən başlayaraq, dörd həftə ərzində «Həqiqəti öyrənmək istəyirsinizmi?» adlı yeni traktatı paylayacağıq. Ümid edirik ki, bu xüsusi ümumdünya kampaniya daha çox insanda həqiqətin yeganə mənbəyinə maraq oyadacaq (Yəh. 17:17).
2 Traktat altı vacib suala Müqəddəs Kitabdan yığcam cavab verəcək: «Allah doğrudan da bizim qeydimizə qalırmı?», «Müharibələr və əzab-əziyyətin nə vaxtsa sonu olacaqmı?», «İnsan öləndən sonra onunla nə baş verir?», «Ölüləri gələcəkdə nə gözləyir?», «Allahın məni eşitməsi üçün necə dua etməliyəm?», «Mən sözün əsl mənasında necə xoşbəxt ola bilərəm?». Xristian dünyasının kilsələri bu suallara heç vaxt qaneedici cavab verməyib. Bu kimi suallar, məsihçi olmayan insanları belə maraqlandırır, lakin onlar xəbərsizdirlər ki, Müqəddəs Kitabdan həmin suallara aydın cavab tapmaq olar. Buna görə də, düşünürük ki, bu xəbərə çox insan hay verəcək.
3 Sahəni işlə. Çalış sahəndə mümkün qədər çox adamla danışasan. Əgər sahən böyükdürsə, ola bilər, ağsaqqallar birinci başçəkmə zamanı evdə olmayanlar üçün traktat saxlamağa təşviq etsinlər. Bu yeni traktatdan qonşularına, qohumlarına, iş və ya məktəb yoldaşlarına və müntəzəm olaraq söhbət etdiyin başqa insanlara verməyi yaddan çıxarma. Ola bilsin, işlərini elə planlaşdıracaqsan ki, oktyabr və noyabr ayında köməkçi pioner kimi xidmət edəsən. Yaxşı ruhani nailiyyətlər edən və bu kampaniyada vəftiz olunmamış təbliğçi kimi bizə qoşulmaq üçün tələblərə cavab verən uşağın və ya Müqəddəs Kitabı öyrətdiyin adam varmı? Əgər varsa, ağsaqqallara bildir.
4 Söhbətə necə başlamalı? Xəbəri daha çox insana çatdırmağın ən yaxşı yolu təqdiməni qısa etməkdir. Ev sahibinə sadəcə olaraq traktatın üz qabığındakı altı sualdan birini ver və içindəki cavabı göstər. Bu, bütün təbliğçilərə kömək edəcək ki, təqdimələrini ərazilərinin tələbatlarına uyğunlaşdırsınlar. Əgər kimsə maraq göstərsə, qeyd et və həmin adama təkrar baş çək. Həftəsonları traktatla birlikdə cari jurnalları da təklif etmək olar. Noyabrın 16-da kampaniya sona çatandan sonra «Müqəddəs Kitab öyrədir» kitabını təklif edəcəyik. Artıq qalan traktatlar digər traktatlar kimi istifadə olunacaq.
5 Müqəddəs Kitab öyrənməsi başla. Bu traktat məhz Müqəddəs Kitab öyrənməsi başlamaq üçün nəzərdə tutulub. Maraq göstərənlərə təkrar baş çəkəndə hansı Müqəddəs Kitab həqiqətinin onlara təsəlli və ya rahatlıq gətirdiyini soruşmaq olar. Diqqəti Müqəddəs Kitabın öyrənməsi haqda xatırlanan axırıncı səhifəyə yönəlt və «Müqəddəs Kitab öyrədir» kitabını ver. Əgər mümkünsə, həmin adamın seçdiyi mövzuya dair daha çox məlumat olan fəsildən bir və ya iki abzası qısaca nəzərdən keçir.
6 Yehova Ona ‘ruhən və həqiqətən ibadət edəcək’ insanları axtarır (Yəh. 4:23). Gəlin başqalarının həqiqəti dərk etməsindən ötrü keçirilən xüsusi kampaniyada iştirak etmək üçün əlimizdən gələni edək!