Oktyabrın 16-dan noyabrın12-ə qədər xüsusi kampaniya!
1 «Yalan dinin sonu yaxındır!» Gələn aydan e’tibarən bütün dünyada paylanacaq, «Padşahlıq haqqında xəbər» silsiləsindən 37 №-li traktat belə adlanır. Oktyabr ayının birinci yarısında biz «Gözətçi Qülləsi» jurnalını təklif edirik. Oktyabrın 16-sı bazar ertəsindən başlayaraq, noyabrın 12-si bazar gününədək 37 №-li «Yalan dinin sonu yaxındır!» traktatını xüsusi sə’ylə paylayacağıq. Kampaniya vaxtı istirahət günlərində biz traktatı cari jurnallarla bir yerdə təklif edəcəyik.
2 Kimlər iştirak edəcək? Xoş xəbəri fəal surətdə təbliğ edənlərin hamısı kampaniyada tam iştirak etməyə çalışacaqlar. Bə’ziləri köməkçi pioner kimi xidmət edə bilərlər. Sənin uşaqların və ya Müqəddəs Kitabı öyrətdiyin adamlar ruhən inkişaf edirlərmi? Vəftiz olunmamış təbliğçi tələblərinə müvafiq gəldiklərini müəyyən etmək üçün onların ağsaqqallara yaxınlaşmalarına kömək et. Ağsaqqallar, qeyri-fəal təbliğçilərlə danışmaq və onları kampaniyada iştirak etməyə həvəsləndirmək üçün təşəbbüs göstərməlidirlər. Məsələn, bu təbliğçilər daha təcrübəlilərlə əməkdaşlıq edə bilərlər.
3 Bütün yığıncaqlar kifayət qədər 37 №-li «Yalan dinin sonu yaxındır!» traktatı alacaq ki, hər bir təbliğçi və pioner ən azı 50 nüsxə götürə bilsin. Hələ təbliğçi olmamış maraqlananlara isə, onların qohumları və dostları üçün 5 nüsxə traktat veriləcək. Hamı payladıqları traktatların sayını qeyd etməli, oktyabr və noyabr aylarında hesabat vərəqələrinin arxasında neçə ədəd payladıqlarını göstərməlidirlər. Hər ayın axırında yığıncağın katibi paylanmış traktatların ümumi sayını hesablayıb filiala göndərəcək. Kampaniya başa çatandan sonra qalan traktatlardan xidmətin hər bir növündə istifadə etmək olar.
4 Söhbətə necə başlamaq olar? Qısa təqdimələr bu xəbəri daha çox insanlarla bölüşməyə imkan yaradacaq. Belə demək olar: «Mən bütün dünyada bəyan edilən mühüm bir xəbərin təbliğində iştirak edirəm. Bu traktat pulsuzdur, buyurun oxuyun». Təbliğdə çanta götürməmək münasib olar. Maraq göstərən hər bir adam haqqında qeydlər etməyə çalış.
5 Sahəni necə işləməli? Bu traktatı küçədə paylamaq əvəzinə, diqqəti mümkün qədər daha çox evdən-evə və işgüzar sahələrdə təbliğ etməyə cəmləşdir. Evdə adam olmayanda dəftərçənə qeyd et və başqa vaxt və ya həftənin başqa günü baş çəkməyə çalış. Noyabrın 6-dan başlayaraq, hətta ev sahibləri (mənzil sakinləri) evdə olmayan halda da traktat qoymaq olar. Ərazisi böyük yığıncaq, kampaniya ərzində bütün sahəni işləmək imkanında deyilsə, yığıncağın ağsaqqalları qərara gələ bilərlər ki, təbliğçilər kampaniya boyu, hətta sakinlər olmayan evlərdə də traktat qoysunlar.
6 «Böyük Babil»in sonu sür’ətlə yaxınlaşır. Yalan din məhv olana kimi insanlar onu tərk etməlidirlər (Vəhy 14:8; 18:8). Artıq indidən bu ümumdünya kampaniyasında var gücünlə iştirak etməyi planlaşdır, çünki hamı bilməlidir ki, yalan dinin sonu yaxındır!