Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • km 12/08 s. 3—5
  • Binada təbliğ etməklə «əsaslı surətdə» şahidlik et

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Binada təbliğ etməklə «əsaslı surətdə» şahidlik et
  • Müqəddəs ibadətimiz 2008
  • Oxşar material
  • Suallar qutusu
    Müqəddəs ibadətimiz 2009
  • Xidmətdə püxtələşək. Danışıq aparatı vasitəsilə şahidlik etməklə
    Müqəddəs ibadətimiz 2015
  • İnsanları evdə tapmayanda
    Müqəddəs ibadətimiz 2007
  • Ümidimizi itirmədən təbliğ edək
    Gözətçi qülləsi 2021
Müqəddəs ibadətimiz 2008
km 12/08 s. 3—5

Binada təbliğ etməklə «əsaslı surətdə» şahidlik et

1. ‘Müjdəyə əsaslı surətdə şəhadət etmək’ özünə nəyi daxil edir?

1 Həvari Pavel kimi, bizim də arzumuz ‘Müjdəyə [«əsaslı surətdə», YD] şəhadət etməkdir’ (Həv. iş. 20:24). Buna görə də sahəmizdə mümkün qədər çox adama Padşahlıq xəbərini çatdırmağa çalışırıq. Bura bina evlərində yaşayan çoxlu sayda adamlar da daxildir. Hərdən belə yaşayış binalarına daxil olmaq çətin olur. Lakin binalarda çoxlu adam yaşadığından bizim üçün xoş xəbəri yaymağa çoxlu imkanlar açılır.

2. Nə üçün bina evində təbliğ edərkən uzaqgörən və ehtiyatlı olmaq lazımdır?

2 Cinayətkarlıq və zorakılıq ucbatından getdikcə daha çox bina evlərinin qapıları kodlaşdırılır və qapıçı, yaxud nəzarət kamerası qoyulur (2 Tim. 3:1, 2). Rəhbərlik dəvət olunmamış adamların içəri daxil olmasına qadağa qoya bilər. Gözətçi, yaxud nəzarətçi, xüsusilə də sakinlərdən kimsə şikayət edəndə, bizdən binanı tərk etməyi xahiş edə bilər. Buna görə də uzaqgörən və ehtiyatlı olmaq vacibdir.

3. Binada təbliğ etmək üçün ən münasib vaxt nə vaxtdır və nə üçün?

3 Nə zaman təbliğ etməli? Başqa sahələrdə olduğu kimi, bina evlərində də sakinlərin evdə olduğu vaxt təbliğ etmək yaxşı olardı. Əgər sakinlərin əksəriyyətinin evdə olmadığı vaxt gəlsək, başqalarında şübhə oyada bilərik. Bir çox təbliğçilər sakinləri axşamüstü, eləcə də şənbə və bazar günləri günorta evdə tapırlar. Binada, xüsusilə də həftəsonları səhər tezdən təbliğ etsək, sakinlər gözətçiyə şikayət edə bilərlər.

4, 5. Qapısı kodlaşdırılmış binalara necə daxil ola bilərik?

4 Binaya necə daxil ola bilərik? Təbliğçilərə xidmətə başlamazdan əvvəl gözətçi ilə, yaxud binanın başqa işçiləri ilə əlaqə yaratmaq lazım deyil. Əgər qapısı kodlaşdırılmış binanın girişində danışıq aparatı varsa, onun vasitəsilə söhbət etmək üçün bizi içəri buraxacaq adam tapa bilərik. Necə bina olmasından asılı olaraq, içəri girməyə icazə verən adamla danışandan sonra başqa qapıları da döyməyə imkanımız ola bilər. Lakin digər hallarda binadan çıxmaq və başqa sakin ilə danışıq aparatı vasitəsilə əlaqə yaratmaq müdriklik olardı. Bir dəfəyə neçə sakinlə bu üsulla əlaqə yaradacağımızı planlaşdırarkən uzaqgörən olmalıyıq.

5 Ola bilər, bəzi sakinlər danışıq aparatı vasitəsilə onlarla söhbət etməyinizin məqsədini bilmək istəsinlər. Belə olsa, dostyana tərzdə özünüzü təqdim edin. Əgər danışıq aparatının yanında sakinlərin adlarının siyahısında ev sahibinin adı varsa, söhbət zamanı onun adını çəkin. Aydın şəkildə məqsədinizi söyləyin. Bəziləri birbaşa olaraq təqdiməni «Müqəddəs Kitab əsasında söhbətə başlamağın və davam etməyin üsulları» broşürasından oxuyurlar.

6. Qapıçısı olan binalarda təbliğ edərkən nə etməliyik?

6 Əgər qapıçı bizi binada təbliğ etməyə qoymursa, ona şahidlik etməyə çalışa bilərik. Bir çox qapıçılar bizim ədəbiyyatı məmnuniyyətlə oxuyurlar. Hətta Müqəddəs Kitab öyrənməsinə başlayıb, hollda onu davam etdirə bilərik. Əgər qapıçı maraq göstərən müəyyən sakinlərə baş çəkməyimizə icazə verərsə, yaxşı olardı ki, buna başqa qapıları da döymək fürsəti kimi baxmayaq.

7. Təbliğ çantası ilə əlaqədar nəyi yadda saxlamalıyıq?

7 Xarici görünüş və ədəb qaydaları. Böyük çanta tez nəzərə çarpa bilər. Buna görə gəlin özümüzlə daha münasib çanta götürək, ya da heç götürməyək. Bəzi təbliğçilər təqdim etmək istədikləri ədəbiyyatı nazik qovluğa qoyur, Müqəddəs Kitabı isə əllərində tutur və ya ciblərində saxlayırlar.

8. Binada təbliğ edən qrup necə təşkil edilməlidir?

8 Yaxşı olar ki, xüsusilə də dəhlizdə və avtomobil dayanacaqlarında çox təbliğçi bir yerə yığılmasın, çünki bu lazımsız yerə diqqət cəlb edəcək. Cinayətin çox olduğu ərazilərdəki binalarda təbliğ edərkən ehtiyatlı olmaq lazımdır (Sül. məs. 22:3). Məsələn, iki və ya üç cüt təbliğçi təbliğ edərkən bir-birini eşidəcək qədər yaxın məsafədə təbliğ etməli, bir cüt qapını döyəndə o birilər gözləməlidir.

9. Necə ədəbli davrana bilərik və bu nə üçün vacibdir?

9 Binaya daxil olarkən ayaqlarınızı silin və qapını arxanızca yaxşı örtün. Bu cür ədəbli davranış sakinlərin şikayət etmək üçün səbəblərini azaldacaq. İçəri daxil olanda girişdə ləngiməyin, məqsədyönlü tərzdə ya liftə minin, ya da təbliğ edəcəyiniz mərtəbəyə qalxın. Bu, ətrafdakıların şübhələrini dağıdacaq.

10. Dəhlizdə boş yerə səs salmaqdan necə qaça bilərik?

10 Bir çox binalarda səs dəhlizə yayılır. Buna görə də ev sahibinin eşitməsi üçün lazım olandan hündür danışma. Yanındakı təbliğçi ilə danışanda alçaqdan, lakin sakit, təlaşsız danış ki, ətrafdakılarda şübhə yaratmayasan. Sakinlərin həddən artıq narahat olmamaları üçün bəzi təbliğçilər qapıları dalbadal döymür, mərtəbədəki evlər qurtarana kimi dəhlizin bir bu başındakı, bir o biri başındakı evin qapısını döyürlər. Bundan başqa, qapını bərkdən, yaxud hökmlə döymək içəridəkiləri qorxuda bilər.

11. Hansı məsləhət gözlüklü qapıları döyən zaman bizə kömək edə bilər?

11 Əgər qapıda gözlük varsa, elə dur ki, baxan səni və əməkdaşını görə bilsin. Düz gözlüyə bax və kiminsə baxdığını görəndə mehribanlıqla salamla və təqdimənə başla. Əgər içəridəki: «Kimdir?» — deyə soruşsa, özünün və əməkdaşının adını deyə bilərsən. Belə olduqda ev sahibi qapını çəkinmədən aça bilər. Açmasa da təqdiməni qapıdan söyləmək olar.

12. Evdə olmayanlar üçün ədəbiyyat saxlayanda problemlərdən necə qaça bilərik?

12 Evdə olmayanlar. Gözətçilər dəhlizdən və ya yerdən ədəbiyyat yığdıqlarına görə tez-tez şikayətlənirlər. Qapıda qoyulan ədəbiyyat yerə düşüb, dəhlizin səliqəsini poza bilər. Buna görə də evdə olmayanlar üçün saxlanılan ədəbiyyatı gəlib-gedənlərin nəzərinə çarpmayan yerə qoymaq lazımdır.

13. Əsəbi sakinlərlə rastlaşanda nə etməliyik?

13 Əsəbi sakinlər. Gözətçini çağırmaq istəyən əsəbi ev sakinləri ilə qarşılaşanda yaxşı olar ki, həmin mərtəbəni tərk edək və başqa vaxt qayıdaq. Digər hallarda isə, gözətçi ilə mübahisədən qaçmaq üçün binadan tamamilə çıxmaq müdriklik olardı. Ev sahibi ona bir də baş çəkməməyi konkret olaraq tələb etməsə də, yaxşı olar ki, həmin mənzilə baş çəkmək lazım olmadığını qeyd edək və sahə kartoçkasının içinə qoyaq. Baş çəkilməyəcək başqa ünvanlar kimi, bu ünvanlara da ev sahibinin fikrini öyrənmək üçün vaxtaşırı baş çəkilməlidir.

14, 15. Binanın nümayəndəsi bizdən getməyi tələb edəndə nə etməliyik?

14 Çıxıb getməyi tələb edirlərsə. Binada təbliğ edərkən gözətçi, mühafizəçi, təmir işinə baxanlar, yaxud binanın başqa nümayəndəsi çıxıb getməyimizi tələb edərsə, yubanmadan deyilənə qulaq asmaq düzgün olardı. Mümkün olan yerdə biz qanunla hədə-qorxu gəlmək və polis çağırmaqla nəticələnən qarşıdurmalardan qaçmaq istəyirik. Əksər hallarda bina işçiləri Yehovanın Şahidlərinə qarşı qərəzli fikirdə olmurlar, sadəcə vəzifələrini yerinə yetirirlər.

15 Hərdən binanın nümayəndəsi çıxıb getməyinizi tələb edəndə mehribanlıqla və nəzakətlə gəlişinizin məqsədini izah etməyə imkan yarana bilər (1 Pet. 3:15). Biz başa düşürük ki, sakinlərin əmin-amanlığını və təhlükəsizliyini qorumaq onun vəzifəsidir. Bəlkə də, o, binada qalmağınıza icazə verdi. Ancaq verməsə, mübahisə etmədən binadan çıxın. Əgər şərait yol verirsə, müntəzəm olaraq ədəbiyyat gətirib dəhlizdə, yaxud poçt qutusunda saxlamağı xahiş etmək olar (Kolos. 4:6). Hər belə hadisə haqda xidməti nəzarətçiyə məlumat vermək lazımdır.

16. Bina evində, yaxud kompleksində problem həll olunmursa, nə etməliyik?

16 Ola bilər, kifayət qədər vaxt keçəndən sonra təbliğçi ehtiyatla binada təbliğ etməyə cəhd göstərsin. Təbliğçilərin binanın sakinlərinə təbliğ etmələri alınmırsa, onlara başqa üsullarla, məsələn telefonla, yaxud məktubla əlaqə yaratmağa çalışa bilərlər. Bəzi təbliğçilər səhər və axşam saatlarında, adamların işə gedib, evə qayıtdığı vaxtlarda binanın qarşısında, yaxud ətrafında təbliğ edir.

17. Bina evlərində təbliğ etmək nə üçün vacibdir?

17 Tezliklə bu pis sistemin sonu gələcək. Yalnız Yehovanın adını çağıranlar xilas olacaqlar. «Bəs iman etmədikləri o Kimsəni necə çağıracaqlar? Eşitmədikləri Kimsəyə necə iman edəcəklər?» (Rom. 10:13, 14). ‘Əbədi həyata meylli olanların’ (YD) əksəriyyəti bina evlərində yaşayır (Həv. iş. 13:48). Ehtiyatlı və uzaqgörən olmaqla onlara xoş xəbəri çatdıra bilərik.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş