Suallar qutusu
◼ Təbliğ etməyi dayandırmaq tələb olunursa, o zaman nə etməliyik?
Bəzi hallarda polislər müxtəlif xidmət növündə iştirak edən təbliğçilərə yaxınlaşıb qanunu pozduqlarını bildirmiş və onlardan təbliği dayandırmağı tələb etmişlər. Belə olduqda, dərhal və nəzakətlə həmin ərazini tərk etmək lazımdır (Mat. 5:41; Filip. 4:5). Hüquqlarımız haqqında mübahisə etməyə başlayaraq məsələni öz bildiyiniz kimi həll etməyə çalışmayın. Əgər mümkündürsə, nəzakətlə polisin kimliyini və hansı şöbədən olduğunu öyrənin. Sonra dərhal ağsaqqallara bu haqda xəbər verin. Onlar baş verənlər haqda filiala məlumat verəcəklər. Buna bənzər tərzdə, binanın nəzarətçisi və ya başqa nümayəndəsi sizdən binanı və ya kompleksi tərk etməyinizi xahiş edirsə, dərhal tabe olmaq və bu haqda ağsaqqallara xəbər vermək lazımdır. Səlahiyyətli şəxslərlə münasibətdə mülayim və təvazökar olmaq lazımsız problemlərin qarşısının alınmasında böyük rol oynaya bilər (Sül. məs. 15:1; Rom. 12:18).