Yubanmayın
Təbliğ xidməti üçün görüş olanda bacı-qardaşlar bir-biri ilə söhbət etmək istəyirlər. Burada pis bir şey yoxdur. Ancaq görüş qurtaran kimi yaxşı olar ki, yubanmadan xidmətə çıxaq. Təbliğ işi təcilidir (2 Tim. 4:2). Nə qədər çox ləngisək, xidmətə bir o qədər az vaxtımız qalacaq. Bacı-qardaşlarla isə xidmət zamanı söhbət edə bilərik. Yubanmadan xidmətə getməyimiz göstərəcək ki, biz Yehova Allaha və Onun Oğluna çalışqanlıqla xidmət edirik (Rom. 12:11).