Qoy təbliğ üçün görüşlər sənə fayda gətirsin
1 Təbliğə getməzdən əvvəl təbliğ üçün görüşlərdə ruhlanır və tə’lim alırıq. Bu görüşdən sonra qrup şəklində təbliğ etmək üçün imkan yarandığından, başqa təbliğçilərlə xidmətə çıxaraq qarşılıqlı kömək əldə edir və bir-birimizdən öyrənirik (Sül. məs. 27:17; Vaiz 4:9, 10). Bu görüşlərin bizə tam fayda gətirməsi üçün nə etməliyik?
2 Aparıcı. Bu görüşlər tərtib olunmuş proqram əsasında keçirilmədiyi üçün, görüşü aparan qardaş yaxşı hazırlaşmalıdır. Dərhal gündəlik ayəni müzakirə etməyi planlaşdırma. Ancaq o, bilavasitə xidmətlə bağlı olarsa, onu da müzakirəyə daxil etmək olar. Həmin günü xidmətə gedənlər üçün nəyin faydalı olacağı haqqında düşün. Məsələn, hansısa təqdiməni müzakirə etmək və ya səhnələşdirmək olar. «Müqəddəs Kitab əsasında söhbətə başlamağın və davam etməyin üsulu», bu yaxınlarda Xidməti görüşdə müzakirə edilən hər hansı məqaləni və ya «Xidmət Məktəbi» (rus.) kitabından müəyyən fikirləri nəzərdən keçirmək olar. Bə’zən isə ərazinizdə rast gəlinən çətinliyin öhdəsindən gəlməyin necə mümkün olduğunu araşdıra bilərsən. Təbliğçilər təkrar başçəkmə etməyə hazırlaşırlarsa, insanların marağını artıraraq Müqəddəs Kitabı öyrənməyə başlamağın yollarını müzakirə et. Hansı mövzu olursa-olsun müzakirəni həvəslə və ruhlandırıcı tərzdə apar.
3 Hətta bə’zilərinin gecikəcəyini bilsən də, görüşü vaxtında başla. Hər şeyi ölcüb-biçərək qrupları təşkil et və ehtiyacı olanlara sahə ver. Görüş 10-15 dəqiqədən çox çəkməməlidir. Əgər təbliğ üçün görüş digər görüşlərdən sonra keçirilirsə o, hətta bundan da az ola bilər. Görüş bitməmişdən hər kəs təbliğə kim ilə və hara gedəcəyini bilməlidir. Görüş dua ilə bitməlidir.
4 Sizin köməyiniz lazımdır. Yığıncağın başqa görüşlərinə vaxtında gəldiyimiz kimi, bu görüşlərə də gecikməməliyik. Bununla biz Yehovaya hörmət etdiyimizi və başqalarını nəzərə aldığımızı göstəririk. Müzakirədə iştirak et. Ola bilər ki, görüşü aparan qardaş səni kiminləsə tə’yin etsin və ya görüşdən qabaq özün kiminləsə danışa bilərsən. Əgər sən özün kiminləsə danışmaq istəyirsənsə, o zaman hər dəfə ancaq yaxın dostlarınla deyil, müxtəlif təbliğçilərlə xidmətə danışaraq ‘ürəyini genişləndirməyə’ çalış (2 Kor. 6:11-13, İ–93). Görüşdən sonra təbliğ yoldaşını dəyişmə və dərhal sahənə get.
5 Təbliğ xidməti üçün görüş də digər görüşlər kimi eyni məqsədə xidmət edir. Onlar elə təşkil olunublar ki, biz ‘bir-birimizi məhəbbətə və xeyirli işlərə təşviq edək’ (İbr. 10:24, 25). Əgər biz bu görüşlərdən yararlanmağa çalışırıqsa, ‘xeyirli iş’ olan xidməti icra edə biləcəyik!
[Oyrənilmə üçün olan suallar]
1. Təbliğ xidməti üçün görüşlərin hansı faydası var?
2. Aparıcı nələri nəzərdən keçirə bilər?
3. Görüş nə qədər çəkməlidir və bu vaxt ərzində nələrə diqqət yetirilməlidir?
4. Təbliğ xidməti üçün görüşdən tam faydalanmağa bizə nə kömək edəcək?
5. Təbliğ xidməti üçün görüşlərin məqsədi nədir?