Təbliğ xidməti üçün görüşlərdə artıq gündəlik ayə müzakirə olunmayacaq
Əvvəllər gündəlik ayə təbliğ xidmətinə aid olanda təbliğ xidməti üçün görüşlərdə qısaca olaraq həmin ayə müzakirə olunurdu. Lakin indi dəyişiklik edilib. «Müqəddəs Yazıların gündəlik araşdırılması» broşürası artıq təbliğ xidməti görüşlərində müzakirə üçün mənbə kimi istifadə olunmayacaq. Həmişə olduğu kimi, görüşü aparan qardaşlar Müqəddəs Kitabdan, «Bizim Padşahlıq Xidmətimiz» vərəqələrindən, «Xidmət Məktəbi», «Mülahizə» (rus.) kitablarından və xidmətə aid olan digər materiallardan istifadə edə bilərlər. Görüşü aparan qardaşlar materiala elə hazırlaşmalıdırlar ki, həmin gün təbliğə gedən bacı-qardaşlara praktiki köməklik təqdim etsinlər. Həmişə olduğu kimi, təbliğ görüşünün vaxtı 10—15 dəqiqədən artıq çəkməməlidir; əgər təbliğ görüşü yığıncaqdan sonra keçirilirsə, onun vaxtı daha az olmalıdır.