Təbliğ xidməti üçün görüşlər
1. Nəyə görə təbliğ xidmətində mütəşəkkil surətdə iştirak etmək bizim üçün böyük əhəmiyyət kəsb edir?
1 İsa Məsih Padşahlığın təbliği işinin mütəşəkkil surətdə və bacarıqla yerinə yetirilməsinin qayğısına qalmaqda gözəl nümunə qoymuşdur. Bu gün də Padşahlığın ümumdünya təbliği işinin icra edilməsinə görə məsuliyyət daşıyanlar bu işin eyni cür icra edilməsini çox arzulayırlar. Buna görə də bütün dünyada olan yığıncaqlarda Padşahlığın təbliğçilərinin qrup şəklində təbliğdə iştirak etmələrindən ötrü təbliğ xidməti üçün görüşlər təşkil edilir (Mat. 24:45-47; 25:21; Luka 10:1-7).
2. Təbliğ xidməti üçün göruşlər necə keçirilir?
2 Gözəl tədbir. Təbliğ üçün görüşlər təbliğə getməyə hazırlaşanlara təlim və göstərişlər vermək, həmçinin onları ruhlandırmaq üçün nəzərdə tutulub. Gündəlik ayə birbaşa olaraq təbliğə aid olduqda qısaca müzakirə edilə bilər. Hərdən görüşdə iştirak edənləri həmin gün xidmətə hazırlamaq üçün «Bizim Padşahlıq Xidmətimiz»dən, «Mülahizə», yaxud, ola bilsin, «Xidmət Məktəbi» kitabından (rus.) müəyyən fikirləri müzakirə etmək olar. Paylayacağımız ədəbiyyat üçün olan təqdiməni qısaca səhnələşdirmək də olar. Görüşü dua ilə yekunlaşdırmazdan əvvəl hər kəs kiminlə xidmətə gedəcəyini və xidmət edəcəyi sahənin yerini bilməlidir. 15-dəqiqədən çox çəkməyən bu görüşdən dərhal sonra hər kəs xidmətə yollanmalıdır.
3. Təbliğ görüşlərinin təşkil edilməsi üçün kim məsuliyyət daşıyır?
3 Necə təşkil olunur? Təbliğ xidməti üçün görüşlərin təşkil olunması xidməti nəzarətçinin məsuliyyətidir. Qrup nəzarətçilərinin və ya onların köməkçilərinin üzərinə həftəsonları öz qrupunu xidmətə aparmaq məsuliyyəti düşür. Ola bilsin, bəzi nəzarətçilər və ya xidməti köməkçilər təbliğ qrupunu həftəarası xidmətə apara bilərlər. Qrup nəzarətçiləri qrupları həftəsonları evdən-evə təbliğ etsinlər deyə, kifayət qədər sahənin olması üçün xidməti nəzarətçilərlə sıx əməkdaşlıq edirlər. Qrup nəzarətçiləri həftəsonları təbliğ görüşlərinin təşkil olunması üçün, xidməti nəzarətçilər isə həftəarası təbliğ qruplarını təbliğə apara biləcək qardaşlar təyin edilməsi üçün məsuliyyət daşıyırlar.
4-6. a) Təbliğ üçün görüşlər yığıncağın sahəsi ilə bağlı hansı məqsədə xidmət etməlidirlər? b) Təbliğ görüşlərinin keçirilməsi ilə bağlı suallara cavab tapmaq üçün nələri nəzərə almaq olar?
4 Bu görüşlər harada və nə vaxt keçirilməlidir? Bütün yığıncağın bu görüş üçün bir yerə yığılmağındansa, bu görüşlərin münasib yerlərdə keçirilməsi təşkil edilməlidir. Yığıncağın sahəsinin əsaslı surətdə işlənilməsi məqsədilə, adətən bu görüşlər onun ərazisinin müxtəlif yerlərində olan evlərdə keçirilir. Bunun üçün Padşahlıq Zalından da istifadə etmək olar. Bir çox yığıncaqlar bazar günü açıq məruzə və «Gözətçi Qülləsi»nin öyrənilməsindən tez sonra Padşahlıq Zalında təbliğ xidməti üçün görüş keçirirlər. Səy göstərmək lazımdır ki, təbliğçilərin işləyəcəyi sahə çox uzaqda olmasın. Buna görə də sahələrin yaxşı və tam işlənilməsi üçün görüşlərin yerinin münasib olduğunu vaxtaşırı yoxlamaq olar.
5 Bu görüşlərin nə zaman və həftə ərzində neçə dəfə keçirilməli olduğu ərazidən asılı olaraq müəyyənləşdirilməlidir. Təbliğ xidməti üçün görüşlərin harada və nə vaxt keçirilməsinin münasib olduğunu müəyyənləşdirməyə növbəti suallar kömək edə bilər.
6 Diqqəti daha çox hansı sahəyə yönəltmək lazımdır? Evdən-evə təbliğ etmək üçün ən münasib vaxt hansıdır? Axşamlar evdən-evə təbliğ etmək və ya təkrar başçəkmə etmək münasibdirmi? Təbliğ xidməti ilə bağlı bütün tədbirlər haqqında məlumatlar yığıncağın elanlar lövhəsinə vurulmalıdır. Hər bir təbliğçinin arzusudur ki, Pavel kimi: ‘Artıq fəaliyyət sahəm yoxdur’ deyə bilmək üçün öz sahəsini əsaslı surətdə işləsin (Rom. 15:23).
7. Qrupu təbliğə aparmalı olan qardaşın üzərinə hansı məsuliyyət düşür?
7 Təbliğ üçün görüşlər necə keçirilməlidir? Görüşü keçirmək üçün təyin olunan qardaş görüşə yaxşı hazırlaşmaqla bu tədbirə dərin hörmətlə yanaşdığını göstərir. Görüşlər vaxtında başlamalı,10-15 dəqiqə ərzində, qısa və məzmunlu keçməlidir. Görüşü aparan qardaş görüş başlamazdan əvvəl bilməlidir ki, qrup hansı sahədə işləyəcək. Təbliğ üçün görüş bitəndən sonra gecikənləri gözləməyə ehtiyac olmasa da, onlara qrupun harada xidmət edəcəyini bildirmək yaxşı olardı. Görüş qurtarandan dərhal sonra hər kəs təyin olunmuş əraziyə yollanmalıdır. Yaxşı təşkil olunmuş və faydalı keçən təbliğ üçün görüş, şübhəsiz ki, iştirak edənlərin hər birinə həmin gün xidməti icra etmək üçün lazım olan təlimatı verəcək (Sül. məs. 11:14).
8. Təbliğ üçün görüşdə iştirak edənlər rəhbərliyi üzərinə götürən qardaşla necə əməkdaşlıq edə bilərlər?
8 Təbliğ xidməti üçün görüşdə iştirak etmək. Əməkdaşlıq etmək olduqca vacibdir (İbr. 13:17). Təbliğ qrupunu təşkil edən xidmətdə əməkdaşa ehtiyacı olan hər kəsə imkan daxilində kömək edəcək. Təcrübəli təbliğçilərin yenilərə və təcrübəsi az olanlara kömək etmək üçün görüşdə iştirak etməsi yaxşı olardı. Təyin olunduqları müxtəlif təbliğçilərlə əməkdaşlıq etməyə həvəslə razılaşanlar çoxlu yaxşı nəticələr əldə edə bilərlər (Sül. məs. 27:17; Rom. 15:1, 2). Hər kəs görüşə vaxtında gəlmək üçün səy göstərməlidir. Bu teokratik tədbirə hörmətimiz və həmimanlılarımıza qarşı diqqətli olmağımız bu məsələdə lazımi dəyişiklikləri etməyə bizi təşviq edəcək (2 Kor. 6:3, 4; Filip. 2:4).
9. Pionerlər hansı təqdirəlayiq üsulla bu tədbiri dəstəkləyə bilərlər?
9 Pionerin köməyi. Pionerin təbliğ üçün görüşləri dəstəkləməsi hamı üçün dəyərli və ruhlandırıcıdır. Düzdür, pionerlərin çoxlu məsuliyyətləri var. Müqəddəs Kitab öyrənməsi keçirməkdən və təkrar başçəkmələr etməkdən əlavə, onlar ailənin qayğısına qalmalı və dünyəvi işdə işləməli olurlar. Buna görə də pionerdən, xüsusən də, əgər hər gün keçirilirsə, təbliğ üçün görüşlərin hamısında iştirak etmək tələb olunmur. Ancaq pioner, yəqin ki, hər həftə heç olmasa təbliğ üçün görüşlərin bir neçəsində iştirak edə bilər. Yığıncağın üzvləri təbliğ üçün görüşlərdə müəyyən dərəcədə təlim alırlar, pionerlərin Müqəddəs Kitab haqda biliyinin və xidmətdəki təcrübəsinin isə başqa təbliğçilərə çox böyük köməyi dəyir. Təbliğdə müntəzəm iştirak etmələri sayəsində onlar təcrübə qazanmışlar. Əldə edilən təcrübəni hamı ilə bölüşmək olar. Pionerlərin təbliğ üçün görüşdə və xidmətdə səylə iştirak etməsi onları nümunəvi təbliğçi edir. Onların təbliğ üçün görüşlərdə iştirak etməsi, həmçinin olduqca qiymətləndirilir.
10. Nə üçün yaxşı olardı ki, Padşahlığın bütün təbliğçiləri bu tədbiri var gücləri ilə dəstəkləsinlər?
10 İsanın və şagirdlərinin dövründə olduğu kimi, bizim dövrdə də Padşahlıq xəbəri, əsas etibarilə, evdən-evə təbliğ etməklə bəyan edilir. Təbliğ üçün görüşlərin də məqsədi bizim qarşılıqlı ruhlanmağımız və bu işdə səmərəli iştirak etməyimizdir. Xoş xəbərin bütün təbliğçiləri bu cür teokratik tədbirləri əllərindən gəldiyi qədər dəstəkləməlidirlər (Həv. iş. 5:42; 20:20). Gəlin hamımız bunun üçün var gücümüzlə səy göstərək. Əmin ola bilərik ki, belə etməklə Yehovanın bol-bol xeyir-duasını alacaq və Allahın Padşahlığı haqqında xoş xəbəri təbliğ etməklə Rəhbərimiz İsa Məsihin ürəyini sevindirəcəyik (Mat. 25:34-40; 28:19, 20).