Mümkün qədər tez baş çəkməyə çalış!
Kimə baş çəkmək lazımdır? Bizim nəşrlərimizi və ya jurnallarımızı müntəzəm şəkildə əldə etmək istəyən, yaxud da Şahidlərin evlərinə gəlməsini arzulayan insanlara. Adətən maraqlananlar filiala ya zəng edir, ya məktub yazır, ya da ki, İnternetdəki rəsmi Web-saytımız vasitəsilə mə’lumat göndərirlər. Bu cür adamların ünvanları “Zəhmət olmasa, qayğı göstər ki, münasib təbliğçi bu adama baş çəksin” adlı (S-70) blanka yazılır və sonra yerli yığıncağa göndərilir. Yığıncağın ağsaqqalları (S-70) blankını aldıqdan tez sonra, maraq göstərən adama sə’ylə kömək edəcək təbliğçiyə verməlidirlər. Əgər təbliğçi həmin adamı evində tapa bilmirsə, ehtimal ki, onunla telefon vasitəsilə əlaqə saxlamağa çalışacaq, ya da ona məktub yazacaq. Lakin bu məktub elə yerə qoyulmalıdır ki, kənar adamlar görməsin. Əgər sənə maraqlanan insana baş çəkmək tapşırılıbsa, zəhmət olmasa, bunu mümkün qədər tez et.