Onların daha sonra da şahidlik almalarına kömək et
1 Təbliğ xidmətində biz tez-tez sahəmizdən kənarda yaşayan və ya jest dilini də daxil etməklə, başqa dillərdə danışan insanlara rast gəlirik. Yaxud da ola bilər ki, Müqəddəs Kitabın əsasında səmərəli müzakirələr etdiyimiz insanlar bizim ərazidən köçsün. Nə etmək olar ki, belə insanlar daha sonra da şəhadətlik alsınlar? «Zəhmət olmasa, qayğı göstər ki, münasib təbliğçi bu adama baş çəksin» adlı (S-70) blankdan istifadə etmək lazımdır.
2 Adətən insanlar xoş xəbəri ana dillərində eşidəndə, daha həvəslə qulaq asırlar (Həv. iş. 22:1, 2). Bu səbəbdən, başqa dildə danışan insana rast gələndə, o, Padşahlıq haqqındakı xəbərə maraq göstərməsə də, biz əksər hallarda xatırlanan blankı doldurmalıyıq. Amma əgər sizin ərazidə yaşayıb, müntəzəm olaraq öz dillərində şahidlik alan əcnəbilər çoxdursa, maraq göstərilən halları istisna etməklə, həmin blankı doldurmamaq da olar.
3 Blankın doldurulma qaydası. Söhbət etdiyin adamın adını, ünvanını və telefon nömrəsini nəzakətlə öyrənməyə çalış. Onun nə dərəcədə maraq göstərdiyini, ona baş çəkmək üçün münasib vaxtı, saxlanılan, yaxud tələb olunan ədəbiyyatı və onun yaxşı başa düşdüyü dili qeyd et. Blankı doldurduqdan sonra onu dərhal yığıncağın katibinə ver. O isə blankı müvafiq yığıncağa və ya qrupa göndərəcək.
4 Blankın göndərilməsi. Əgər katib bu blankı hansı yığıncağa və ya qrupa göndərmək lazım olduğunu, yaxud oranın ünvanını bilmirsə, onda filialın xidməti şö’bəsinə zəng edib lazımi mə’lumatı əldə edə bilər. Artıq blankı şəhər nəzarətçisinin vasitəsilə göndərmək lazım deyil.
5 «Zəhmət olmasa, qayğı göstər ki, münasib təbliğçi bu adama baş çəksin» adlı (S-70) blankı aldıqdan sonra, yığıncaq və ya qrup həmən adama qısa vaxt ərzində baş çəkilməsi üçün qayğı göstərməlidir. Əgər bizdən asılı olanları sə’ylə yerinə yetiririksə, onda əmin ola bilərik ki, Yehova «əbədi həyata tə’yin olunanların», daha doğrusu, əbədi həyata meylli olanların ürəklərini açacaq (Həv. iş. 13:48).