«Zəhmət olmasa, bu adama baş çək» (S-43) blankından necə istifadə etməli?
Bu blankı sizin yığıncağın ərazisində yaşamayan və ya əcnəbidilli maraqlananlara rast gələndə doldurmaq lazımdır. Əvvəllər biz bu blankı əcnəbidillinin maraq göstərib-göstərməməsindən asılı olmayaraq doldururduqsa, indi onu yalnız insan maraq göstərdiyi halda doldurmalıyıq. Kar insanlara rast gəldikdə isə, maraq göstərib-göstərməməsindən asılı olmayaraq, mütləq S-43 blankını doldurmaq lazımdır.
Bəs blankı doldurduqdan sonra nə etmək lazımdır? Biz onu yığıncağın katibinə verməliyik. Əgər katib maraqlanan insanın hansı yığıncağın ərazisinə aid olunduğunu bilirsə, blankı birbaşa həmin yığıncağın ağsaqqallarına göndərə bilər ki, həmin insanın qayğısına qalsınlar. Amma əgər o, blankı hansı yığıncağa göndərəcəyini bilmirsə, onda onu filiala göndərməlidir.
Əgər maraqlanan insan əcnəbidillidirsə və sizin ərazidə yaşayırsa, müvafiq əcnəbidilli yığıncağın təbliğçisi baş çəkənədək onun marağını artırmaq üçün sən ona təkrar baş çəkə bilərsən. («Bizim Padşahlıq Xidmətimiz»in 2009-cu il noyabr sayının 4-cü səhifəsinə bax.)