Xatirə Gecəsini bəyan etmək üçün xüsusi kampaniya!
1. Bütün dünyada Padşahlığın təbliğçiləri 2009-cu il martın 21-dən başlayaraq nə edəcəklər və nə üçün?
1 Bütün dünyada 2009-cu il aprelin 9-da Yehova Allahın xidmətçiləri Onun bəşəriyyətə olan məhəbbətindən irəli gələrək atdığı ən böyük addımı anmaq üçün bir yerə toplaşacaqlar (Rom. 5:6-8). Ümidvarıq ki, həqiqətlə maraqlanan milyonlarla insan İsa Məsihin ölümünü bizimlə birlikdə qeyd edəcək. Martın 21-dən başlayaraq bütün dünyada Xatirə Gecəsinə xüsusi dəvətnamə paylanacaq.
2. Dəvətnamələri təklif edərkən hansı məqamları yadda saxlamaq lazımdır?
2 Yadda saxlamalı olduğumuz məqamlar. Dəvətnamədəki şəkillərdən, suallardan və ayələrdən mükəmməl surətdə istifadə et. Məsələn, diqqəti dəvətnamənin üzündəki şəklə yönəldərək deyə bilərsən: «Mən sizi 2009-cu il aprelin 9-u, çərşənbə axşamı İsa Məsihin ölümünü bizimlə birlikdə qeyd etməyə dəvət etmək istəyirəm». Sonra dəvətnamənin başlığına və altındakı suallara diqqəti yönəlt. Ev sahibinə bildir ki, özü ilə bərabər ailə üzvlərini və ya başqa tanışlarını gətirməsinə şad olacağıq.
3. Kampaniyanın əvvəlində kimi isə dəvət etdikdən sonra nə etmək olar?
3 Yığıncağınızın sahəsi böyükdürsə, ola bilsin, ağsaqqallar evdə olmayanlar üçün də dəvətnamə saxlamağı məsləhət görəcəklər. Həftəsonları dəvətnamə ilə yanaşı jurnallar da təklif et. Təkrar baş çəkdiyin, Müqəddəs Kitabı öyrətdiyin adamları, qohumlarını, məktəb yoldaşlarını, əməkdaşlarını, qonşularını və başqa tanışlarını dəvət etməyi qarşına məqsəd qoy. Keçən il bir bacı 30 nəfər qohumunu Xatirə Gecəsinə dəvət etmiş və sonra vaxtaşırı bu hadisənin vacibliyini onlara xatırlatmışdı. Onlardan 25-nin gəldiyini, daha sonra isə 4-nün Müqəddəs Kitab öyrənməsini qəbul etdiyini görmək bacını necə də sevindirmişdi!
4. İndidən nəyi planlaşdırmalıyıq və nə üçün?
4 İndidən planlaşdır. Bir çox təbliğçilərin mart, aprel aylarında öz xidmətlərini genişləndirmək imkanı olacaq. Əgər sənin uşağın və ya Müqəddəs Kitabı öyrətdiyin adam ruhani cəhətdən inkişaf edirsə, onların vəftiz olmamış təbliğçi olmaları üçün bu, çox münasib vaxtdır. Məhəbbətin iki böyük təzahürünün qeyd olunmasını bəyan etməkdə tam iştirak etmək üçün elə indidən hər şeyi planlaşdır (Yəh. 3:16; 15:13).