Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • km 4/09 s. 2
  • Oxumağı bacarmayanları öyrət

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Oxumağı bacarmayanları öyrət
  • Müqəddəs ibadətimiz 2009
  • Oxşar material
  • Oxumaqla məşğul ol
    Teokratik Xidmət Məktəbində təlim alırıq
  • Üzündən oxumağa çətinlik çəkənlərə necə kömək edə bilərik?
    Müqəddəs ibadətimiz 2014
  • Uşaqların kitab oxuması nəyə görə vacibdir? I Hissə. Oxumaq, yoxsa baxmaq?
    Ailələrə komək
  • Müqəddəs Kitabı oxumaqdan zövq alın
    Əbədi xoşbəxt həyat! Müqəddəs Kitab dərsliyi
Əlavə
Müqəddəs ibadətimiz 2009
km 4/09 s. 2

Oxumağı bacarmayanları öyrət

1. Hərdən xidmətdə hansı çətinliklə qarşılaşa bilərik?

1 Xidmətdə olanda hərdən oxumağa çətinlik çəkən insanlarla qarşılaşırıq və onlara həqiqəti necə öyrədəcəyimizi bilmirik. Belə vəziyyətdə nə edə bilərik?

2. Oxumağı bacarmayanların ləyaqətinə necə və nə üçün hörmət etməliyik?

2 Onların ləyaqətinə hörmət et. Yehova üçün insanın dünyəvi təhsili yox, ürəyinin vəziyyəti vacibdir (1 Şam. 16:7; Sül. məs. 21:2). Buna görə də, biz oxumağı bacarmayan insanlara yuxarıdan aşağı baxmamalıyıq. Onlara hörmət və səbirlə yanaşarıqsa, çox ehtimal ki, bizim köməyimizi qəbul edəcəklər (1 Pet. 3:15). Bunun üçün onun mətni və ya abzası oxumasını təkid etmək lazım deyil. İnsan dəyərli Müqəddəs Kitab həqiqətləri haqqında daha çox şey öyrəndikcə Allahın Kəlamını «gecə-gündüz» oxumağın sevincini duymaq üçün onda oxumaq qabiliyyətini yaxşılaşdırmaq istəyi yarana bilər (Məz. 1:2, 3).

3. Oxumağı bacarmayanları öyrətmək üçün hansı üsuldan istifadə etmək olar?

3 Müqəddəs Kitabı öyrətməyin müxtəlif üsulları. Şəkillər insanları öyrətmək və onlara öyrəndiklərini yadda saxlamağa kömək etmək üçün gözəl vasitədir. Öyrənəndən istifadə etdiyin nəşrdəki şəkildə nə gördüyünü danışmağı xahiş edə bilərsən. Sonra şəkildəkiləri başa düşməsinə kömək etmək üçün özündən suallar ver. Şəkildə vurğulamaq istədiyin fikirləri öyrədən ayələrdən istifadə et. Şəkillərdən dərsin təkrarı üçün də istifadə etmək olar. Bir dəfəyə həddən artıq çox material keçmə. Mövzunu və əsas bəndləri vurğula, nəşrdə gətiriləndən əlavə məlumat vermə. Ayələri birbaşa Müqəddəs Kitabdan oxu və öyrənənin oxuduqlarını başa düşdüyünə əmin olmaq üçün suallar ver. Bu, daha çox Müqəddəs Kitab həqiqətlərini özünün axtarması üçün onda oxumaq qabiliyyətini yaxşılaşdırmaq istəyini artıra bilər.

4. Öyrənənlərə oxumaq qabiliyyətini yaxşılaşdırmağa necə kömək edə bilərik?

4 Oxumağı yaxşılaşdıran vəsaitlər. Oxumağı bacarmayan və ya səlis oxumağı öyrənmək imkanı olmayan adamlar məlumatı yaxşı qavrayıb yadda saxlaya bilərlər. Sən belə adamları ədəbiyyatlarımızın audio yazılarına qulaq asmağa təşviq edə bilərsən. Diqqətlə qulaq asarkən materialı çap olunmuş nüsxədə izləmək, hətta sözləri alçaq səslə təkrar etmək ona oxumaq qabiliyyətini yaxşılaşdırmağa kömək edəcək. Bəzi ərazilərdə ağsaqqallar yığıncaqda oxu üzrə siniflər təşkil edə bilərlər. Bu praktiki məsləhətlər oxumağı bacarmayan adamların xilas gətirən hikməti verməyə qadir olan «Müqəddəs Yazıları» başa düşmələrinə kömək etməkdə bizə yardımçı olacaq (2 Tim. 3:15).

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş