Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • km 9/09 s. 1
  • Necə cavab verəcəksən?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Necə cavab verəcəksən?
  • Müqəddəs ibadətimiz 2009
  • Oxşar material
  • Necə cavab vermək lazım olduğunu bil
    Teokratik Xidmət Məktəbində təlim alırıq
  • Böyük Müəllimi təqlid et
    Gözətçi qülləsi 2007
  • Suallardan yaxşı istifadə et
    Teokratik Xidmət Məktəbində təlim alırıq
  • Xidmətdə püxtələşək. Suallardan məharətlə istifadə edin
    Məsihi həyatı və ibadəti iş dəftəri 2018
Əlavə
Müqəddəs ibadətimiz 2009
km 9/09 s. 1

Necə cavab verəcəksən?

1. Suallara cavab verərkən nə üçün İsadan nümunə götürməliyik?

1 İsanın suallara necə cavab verdiyi bu günədək insanları heyrətləndirir. Xidmətdə müxtəlif suallarla rastlaşanda yaxşı olardı ki, İsanın bu sahədə qoyduğu nümunəni izləyək (1 Pet. 2:21).

2. Suallara yaxşı cavab verməyə bizə nə kömək edə bilər?

2 Əvvəlcə dinlə. İsa insanın hansı niyyətdən irəli gələrək sual verdiyini nəzərə alırdı. Bəzən insanın əslində nəyi nəzərdə tutduğunu bilmək üçün sual vermək tələb olunur. Məsələn, kimsə: «İsaya inanırsınızmı?» — deyə soruşmaqla, ola bilsin, əslində nə üçün Milad bayramını qeyd etmədiyini bilmək istəyir. İnsanı əslində nəyin maraqlandırdığını müəyyən etsən, onunla daha yaxşı mülahizə yürüdə biləcəksən (Luka 10:25-37).

3. Müqəddəs Yazılara əsaslanan qənaətbəxş cavablar tapa bilmək üçün bizim hansı vəsaitlərimiz var?

3 Cavablarını Allahın Kəlamına əsaslandır. Adətən ən yaxşı üsul suala Müqəddəs Kitabın necə cavab verdiyini göstərməkdir (2 Tim. 3:16, 17; İbr. 4:12). Düzgün cavab verməkdə «Mülahizə» (rus.) və «Müqəddəs Kitab əsasında söhbət etmək üçün mövzular» nəşrlərinin çox böyük köməyi dəyə bilər. Hətta sual verən üçün Müqəddəs Kitab etibarlı mənbə olmasa da, ona nəzakətlə Müqəddəs Yazıların nə öyrətdiyini danışmaq mümkün ola bilər. Onu Müqəddəs Kitabın zamanın sınağından çıxmış müdrikliyi haqda ciddi düşünməyə təşviq et. İsanın nümunəsini təqlid etsən, cavabların ‘gümüş oymalar içində qızıl almalar’ kimi, ləyaqətli, gözəl və dəyərli olacaq (Sül. məs. 25:11).

4. Hansı hallarda hər suala cavab verməyə ehtiyac yoxdur?

4 Hər suala cavab vermək lazımdırmı? Əgər sualın cavabını bilmirsənsə: «Bilmirəm, amma sualınıza cavab tapmaq üçün araşdırma aparıb, öyrəndiklərimi gələn dəfə sizinlə bölüşə bilərəm», — deməyə utanma. Bu cür təvazökarlığı və səmimi marağı görən ev sahibi səndən növbəti dəfə gəlməyi xahiş edə bilər. Əgər sual verənin mübahisə etmək istədiyini görürsənsə, İsadan nümunə götürərək hörmətcil şəkildə söhbəti bitir (Luka 20:1-8). Eynilə, əgər həqiqətə səmimi maraq göstərməyən kimsə səni mübahisəyə çəkməyə çalışırsa, nəzakətlə söhbəti dayandır və vaxtını səmimi insanları axtarmağa sərf et (Mat. 7:6).

5. Suallara cavab verməkdə İsa hansı nümunəni qoymuşdur?

5 İsa bilirdi ki, təmiz niyyətlə verilən suallara cavab verməyi özünə daxil edən ‘həqiqətə şəhadət etmək’ tapşırığını yerinə yetirə bilmək üçün Yehovaya etibar etmək son dərəcə vacibdir (Yəh. 18:37). ‘Əbədi həyata meyilli olanların’ (YD) suallarına cavab verməkdə İsanı təqlid etmək bizim üçün necə də böyük şərəfdir! (Həv. iş. 13:48).

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş