Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • km 11/09 s. 6—7
  • Biz hər an Yehovanın Şahidiyik

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Biz hər an Yehovanın Şahidiyik
  • Müqəddəs ibadətimiz 2009
  • Oxşar material
  • Sən qeyri-rəsmi şahidlik edə bilərsən!
    Müqəddəs ibadətimiz 2010
  • Xidmətdə püxtələşək. Qeyri-rəsmi şahidlik üçün söhbətə başla
    Müqəddəs ibadətimiz 2014
  • İsa səməriyyəli qadına şahidlik edir
    Məsihi həyatı və ibadəti iş dəftəri 2018
  • Qeyri-rəsmi surətdə şahidlik edərək Yehovanı mədh et
    Müqəddəs ibadətimiz 2003
Əlavə
Müqəddəs ibadətimiz 2009
km 11/09 s. 6—7

Biz hər an Yehovanın Şahidiyik

1. İsanın quyu başında qadına təbliğ etməsindən nə öyrənə bilərik?

1 İsa saatlarla yol getmişdi. O, yorğun və susuz idi. Şagirdləri ərzaq almağa gedərkən o, dincəlmək üçün Samariya şəhəri yaxınlığındakı quyunun başında oturdu. İsa oraya təbliğ etmək üçün gəlməmişdi. O, xidmətini Qalileyada davam etdirmək üçün sadəcə olaraq oradan keçirdi. Bununla belə, su çəkməyə gələn qadına təbliğ etmək fürsətini əldən vermədi (Yəh. 4:5-14). Nəyə görə? İsa hər zaman Yehovanın ‘sadiq və həqiqi Şahidi’ olaraq qalırdı (Vəhy 3:14). Biz də hər an Yehovanın Şahidləri olmaqla İsanı təqlid edirik (1 Pet. 2:21).

2. Qeyri-rəsmi şahidlik vermək üçün necə hazırlıq görə bilərik?

2 Hazırlıqlı ol. Özümüzlə ədəbiyyat götürməklə qeyri-rəsmi şəkildə şahidlik verməyə hazır ola bilərik. Bir çox təbliğçilər traktatları əllərində hazır tutur və onları satıcılara, yanacaqdoldurma məntəqəsindəki adamlara və gün ərzində ünsiyyətdə olduqları başqa insanlara verirlər (Vaiz 11:6). Tez-tez səyahət edən bir bacı həmişə özü ilə kiçikformatlı Müqəddəs Kitab götürür, çantasına isə «Müqəddəs Kitab öyrədir» kitabını qoyur və yanında əyləşən insanlarla söhbət etməyə başlayır.

3. Söhbətə necə başlaya bilərik?

3 Söhbətə başla. Qeyri-rəsmi təbliğ edəndə dərhal Müqəddəs Yazıları araşdırmağa başlamırıq. İsa quyu başında qadınla söhbətinə özünü Məsih kimi tanıtmaqla başlamadı. O, sadəcə su istəməklə onda maraq oyatdı (Yəh. 4:7-9). Bir bacı diqqət yetirib ki, bu cür yanaşmaq ondan bayramları nə üçün keçirmədiyini soruşanlara söhbətə başlamağa imkan yaradır. Yehovanın Şahidi olduğu üçün bayramlarda iştirak etmədiyini demək əvəzinə, o, belə cavab verir: «Bayramları keçirməmək şəxsi seçimimdir». Adətən həmsöhbəti bunun səbəbi ilə maraqlanır, bu da bacıya şahidlik verməyə imkan yaradır.

4. Matta 28:18-20 ayələri nəyə görə səni ruhlandırır?

4 İsa yer üzündəki xidmətini səylə başa çatdırsa da, həyata keçirdiyi təbliğ işi ilə indi də yaxından maraqlanır (Mat. 28:18-20). Buna görə də nümunəmiz olan İsaya bənzəyərək hər an imanımızı bəyan etməyə hazır olan insana şahidlik veririk (İbr. 10:23).

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş