Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • km 1/10 s. 3
  • Sən hələ də təxirə salırsan?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Sən hələ də təxirə salırsan?
  • Müqəddəs ibadətimiz 2010
  • Oxşar material
  • Sən hələ də təxirə salırsan?
    Müqəddəs ibadətimiz 2008
  • Təcili yardım lazım gələrsə...
    Müqəddəs ibadətimiz 2012
  • Qansız müalicə üsullarından xəbərdarsanmı?
    Müqəddəs ibadətimiz 2009
  • Qansız müalicə üsullarından xəbərdarsanmı?
    Müqəddəs ibadətimiz 2011
Əlavə
Müqəddəs ibadətimiz 2010
km 1/10 s. 3

Sən hələ də təxirə salırsan?

Söhbət nədən gedir? Vəftiz olunmuş Şahidlər üçün nəzərdə tutulan «Tibbi müdaxiləyə dair bildiriş və etibarnamə» sənədini doldurmaqdan. Sabah bizimlə ‘nə baş verəcəyini bilmirik’, buna görə də, təcili tibbi yardıma ehtiyac yarandıqda hansı müalicə üsulları və tibbi proseduraları qəbul edib-etməyəcəyimizi qabaqcadan qərara almalıyıq (Yaq. 4:14; Həv. iş. 15:28, 29). «Tibdə qansız müalicə üsulu. Xəstənin hüquqlarını pozmadan ona necə yardım etmək olar?» adlı filmdə məhz bu üsullardan danışılır. Bu filmə baxın, sonra aşağıdakı sualların köməyi ilə və dua edərək öyrəndiklərinizi nəzərdən keçirin. (Qeyd: filmdə cərrahiyyə əməliyyatı göstərilən kadrlar olduğundan, valideynlər filmə uşaqlarının baxmasına icazə verib-verməyəcəklərinə özləri qərar verməlidirlər.)

1) Nəyə görə tibb sahəsində çalışanlar qanköçürmə məsələsini yenidən nəzərdən keçirirlər? 2) Qan köçürülmədən edilən mürəkkəb əməliyyatlara dair üç nümunə gətirin. 3) Bütün dünyada nə qədər həkim və cərrah artıq qansız müalicə üsulundan istifadə edir? Onlar bunu nə üçün edirlər? 4) Sonuncu klinik tədqiqatlar qanköçürməyə dair nə göstərdi? 5) Qanköçürmədə təhlükəli olan nədir? 6) Bir çox mütəxəssislər qanköçürmənin alternativləri haqda hansı nəticəyə gəlmişlər? 7) Qanazlığına nə səbəb olur? İnsan bədəni nə dərəcədə ciddi qanazlığına tab gətirə bilər? Onun öhdəsindən necə gəlmək olar? 8) Xəstənin orqanizmində qanyaranmanı necə stimullaşdırmaq olar? 9) Cərrahiyyə əməliyyatı zamanı qanitirməni necə azaltmaq olar? 10) Balaca uşaqların müalicəsində və ya təcili vəziyyətlərdə qan əvəzedicilərindən istifadə etmək olarmı? 11) Keyfiyyətli müalicənin ən vacib etik prinsiplərindən biri hansıdır? 12) Məsihçilərin hansı alternativ müalicə üsulu ilə razılaşdıqlarını qabaqcadan müəyyən etmələri nəyə görə vacibdir? Biz bunu necə edə bilərik?

Filmdə göstərilən müəyyən müalicə üsulu ilə razılaşıb-razılaşmamağı Müqəddəs Kitab əsasında tərbiyə olunmuş vicdanına müvafiq olaraq xəstə özü seçir. Sənin və uşaqların üçün hansı alternativ müalicə üsulunun və proseduraların münasib olduğu barədə konkret qərar qəbul edib və sonra «Tibbi müdaxiləyə dair bildiriş və etibarnamə» sənədini doldurmusanmı? Bu sualı dərindən araşdırmaq üçün «Allahın məhəbbəti» kitabının 7-ci fəslinə və orada yönəldilən istinadlara, həmçinin «Bizim Padşahlıq Xidmətimiz»in 2006-cı il noyabr sayının əlavə vərəqəsindəki «Mən qanın fraksiyalarına və öz qanımdan istifadə edilərək aparılan tibbi proseduralara necə yanaşıram?» məqaləsinə baxmaq olar. Tibbi sənəddə göstərilən şəxslərin və Şahid olmayan ailə üzvlərinin sənin qərarın barədə tam məlumatı olmalıdır.

[3-cü səhifədəki çərçivə]

• Özün və uşaqların üçün hansı alternativ müalicə üsulunun və proseduraların münasib olduğuna dair qərar qəbul etmisənmi?

• Hər an gözlənilməz hadisə baş verə biləcəyini nəzərə alaraq «Tibbi müdaxiləyə dair bildiriş və etibarnamə» sənədini doldurub üstündə gəzdirirsənmi?

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş