Təcili yardım lazım gələrsə...
Təcili yardım tələb olunan hallar qəfildən baş verə bilər (Yaq. 4:14). Buna görə də, uzaqgörən insan bu kimi vəziyyətlərə mümkün qədər hazır olmalıdır (Sül. məs. 22:3). Hansı müalicə və proseduraları qəbul edəcəyinə dair qərar verib yazmısanmı? Bunda sənə «Tibdə qansız müalicə üsulu. Xəstənin hüquqlarını pozmadan ona necə yardım etmək olar?» (rus.) adlı DVD-nin «Qanköçürmənin alternativləri. Elmi-sənədli filmlər silsiləsi» adlı ikinci filmi kömək edəcək. Filmə baxdıqca aşağıdakı suallara cavab verməyə çalışın. Filmdə cərrahiyyə əməliyyatı göstərilən kadrlar olduğundan, valideynlər filmə uşaqlarının baxmasına icazə verib-verməyəcəklərinə özləri qərar verməlidirlər.
1) Nəyə görə tibb sahəsində çalışanlar qanköçürmə məsələsini yenidən nəzərdən keçirirlər? 2) Qan köçürülmədən edilən mürəkkəb əməliyyatlara dair üç nümunə gətirin. 3) Bütün dünyada nə qədər həkim və cərrah artıq qansız müalicə üsulundan istifadə edir? Onlar bunu nə üçün edirlər? 4) Sonuncu klinik tədqiqatlar qanköçürməyə dair nə göstərdi? 5) Qanköçürmədə təhlükəli olan nədir? 6) Bir çox mütəxəssislər qanköçürmənin alternativləri haqda hansı nəticəyə gəlmişlər? 7) Qanazlığına nə səbəb olur? İnsan bədəni nə dərəcədə ciddi qanazlığına tab gətirə bilər? Onun öhdəsindən necə gəlmək olar? 8) Xəstənin orqanizmində qanyaranmanı necə stimullaşdırmaq olar? 9) Cərrahiyyə əməliyyatı zamanı qanitirməni necə azaltmaq olar? 10) Balaca uşaqların müalicəsində və ya təcili vəziyyətlərdə qan əvəzedicilərindən istifadə etmək olarmı? 11) Keyfiyyətli müalicənin ən vacib etik prinsiplərindən biri hansıdır?
Filmdə göstərilən müəyyən müalicə üsulu ilə razılaşıb-razılaşmamaq vicdan məsələsi olsa da, hər hansı vəziyyətlə üzləşəcəyin anı gözləmə, qərarını qabaqcadan ver. Bu məsələ ilə bağlı düzgün biliyə əsaslanmış qərar verməkdə sənə «Allahın məhəbbəti» kitabının 7-ci fəslindəki və orada göstərilən «Bizim Padşahlıq Xidmətimiz»in 2006-cı il noyabr sayının əlavə vərəqəsindəki məlumat kömək edəcək. Əgər vəftiz olunmusansa, öz seçimini «Bildiriş və etibarnamə» sənədində göstər və bu sənədi həmişə üstündə gəzdir.
[3 səhifədəki yazı]
Hansı müalicə və proseduraları qəbul edəcəyinə dair qərar verib yazmısanmı?