Tibbin vacib sahəsinə aydınlıq gətirən videofilm
Hüquqşünaslar və tibb işçiləri etik prinsiplərə və xəstənin hüquqlarına getdikcə daha çox diqqət yetirirlər. Bunun sayəsində Yehovanın Şahidləri üçün də münasib olan yeni müalicə üsulları yaranıb (Həv. iş. 15:28, 29). «Tibdə qansız müalıcə üsulu. Xəstınin hüquqlarını pozmadan ona necə yardım etmək olar?» videofilmdə məhz bu üsullar haqqında danışılır. Bu filmə baxın və öyrəndiklərinizi nəzərdən keçirin. (Qeyd: Filmdə cərrahiyyə əməliyyatı olan kadrlar olduğundan, valideynlər filmə uşaqları ilə birlikdə baxib-baxmamağı qərarlaşdırarkən ehtiyatlı olmalıdırlar.)
1) Nəyə görə tibb sahəsində çalışanların bə’ziləri qanköçürmə məsələsini yenidən nəzərdən keçirirlər? 2) Qan köçürülmədən edilən mürəkkəb əməlliyyatlara dair üç nümunə gətir. 3) Bütün dünyada nə qədər həkim və cərrah artıq qansız müalicə üsulundan istifadə edir? Onlar nə üçün bu üsuldan istifadə edirlər? 4) Son klinik tədqiqatlar qanköçürməyə dair nəyi aşkar etdi? 5) Qanköçürmədə hansı təhlükələr vardır? 6) Bir çox mütəxəssislər qanköçürmənin alternativləri haqqında hansı nəticəyə gəlmişlər? 7) Qanazlığına səbəb olan nədir? İnsan bədəni nə dərəcədə ciddi qan azlığına tab gətirə bilr? Onun öhdəsindən necə gəlmək olar? 8) Xəstənin orqanızmində qanyaranmanı necə tənzimləmək olar? 9) Cərrahiyyə əməliyyatı zamanı qan itirilməsini necə azaltmaq olar? 10) Körpə uşaqların müalicəsində və ya tə’cili vəziyyətlərdə qan əvəzedicilərindən istifadə etmək olarmı? 11) Keyfiyyətli müalicənin ən vacib etik prinsiplərindən biri hansıdır? 12) Məsihçilərin hansı alternativ müalicə üsulu ilə razılaşdıqlarnı qabaqcadan müəyyən etmələri nəyə görə vacibdir? Biz bunu necə edə bilərik?
Müəyyən müalıcə üsulu ilə razılaşıb-razılaşmamağı xəstə özü Müqəddəs Kitab əsasında tərbiyə olunmuş vicdanına müvafiq olaraq qərar qəbul edir. Özün və uşaqların üçün hansı alternativ üsulların münasib olduğu barədə qərar qəbul etmisənmi? Əgər sənin ailəndə Şahid olmayanlar varsa, onlara hansı qərarları qəbul etdiyini bildirmək və nəyə görə məhz bu cür qərar qəbul etdiyini izah etmək lazimdır. («Gözətçi Qülləsi»nin 2004-cü il 15 iyun sayının (rus.) və 2001-ci il 1 fevral sayının «Oxucuların sualları» rubrikasına bax.)