Tibbin vacib sahəsinə aydınlıq gətirən film
Hüquqşünaslar və tibb işçiləri etik prinsiplərə və xəstənin hüquqlarına daha çox diqqət yetirirlər. Bunun sayəsində Yehovanın Şahidləri üçün də münasib olan yeni müalicə üsulları yaranıb (Həv. iş. 15:28, 29). “Tibdə qansız müalicə üsulu. Xəstənin hüquqlarını pozmadan ona necə yardım etmək olar?” adlı videofilmdə də məhz bu üsullar haqqında danışılır. Bu filmə baxın və öyrəndiklərinizi nəzərdən keçirin. (Qeyd: Filmdə cərrahiyyə əməliyyatı göstərilən kadrlar olduğundan, valideynlər filmə uşaqlarla birlikdə baxarkən ehtiyatlı olmalıdırlar.)
1. Nəyə görə tibb sahəsində çalışanlar qanköçürmə məsələsini yenidən nəzərdən keçirirlər? 2. Qan köçürülmədən edilən mürəkkəb əməliyyatlara dair üç nümunə gətirin. 3. Bütün dünyada nə qədər həkim və cərrahlar artıq qansız müalicə üsulundan istifadə edirlər? Onlar bunu nə üçün edirlər? 4. Sonuncu klinik tədqiqatlar qanköçürməyə dair nə göstərdi? 5. Qanköçürmədə təhlükəli olan nədir? 6. Bir çox mütəxəssislər qanköçürmənin alternativləri haqda hansı nəticəyə gəlmişlər? 7. a) Qanazlığına səbəb olan nədir? b) İnsan bədəni nə dərəcədə ciddi qanazlığına tab gətirə bilər? c) Onun öhdəsindən necə gəlmək olar? 8. Xəstənin orqanizmində qanyaranmanı necə tənzimləmək olar? 9. Cərrahiyyə əməliyyatı zamanı qan itirilməsini necə azaltmaq olar? 10. Körpə uşaqların müalicəsində və ya tə’cili vəziyyətlərdə qan əvəzedicilərindən istifadə etmək olarmı? 11. Keyfiyyətli müalicənin ən vacib etik prinsiplərindən biri hansıdır? 12. Məsihçilərin hansı alternativ müalicə üsulu ilə razılaşdıqlarını qabaqcadan müəyyən etmələri nəyə görə vacibdir? Biz bunu necə edə bilərik?
Müəyyən müalicə üsulu ilə razılaşıb-razılaşmamağı xəstə özü Müqəddəs Kitab əsasında tərbiyə olunmuş vicdanına müvafiq olaraq qərar qəbul edir. Sənin və uşaqların üçün hansı alternativ üsulların münasib olduğu barədə qərar qəbul etmisənmi? Əgər sənin ailəndə Şahid olmayanlar varsa, onlara hansı qərarları qəbul etdiyini bildirmək və nəyə görə məhz bu cür qərar qəbul etdiyini izah etmək lazımdır. (“Gözətçi Qülləsi” jurnalının 2000-ci il 15 iyun (rus.) və 15 oktyabr saylarında “Oxucuların sualları”na bax.)