Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • km 6/10 s. 1
  • Gözünü sağlam saxlayırsanmı?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Gözünü sağlam saxlayırsanmı?
  • Müqəddəs ibadətimiz 2010
  • Oxşar material
  • Gözlərini sağlam saxla
    Müqəddəs ibadətimiz 2004
  • Sadə həyat sürməklə Allahı şərəfləndir
    Məsihi həyatı və ibadəti iş dəftəri 2016 (mwb16)
  • Xüsusi konqresin təkrarı
    Müqəddəs ibadətimiz 2005
  • «Göz əvəzinə göz» ifadəsinin mənası nədir?
    Müqəddəs Kitaba aid suallara cavab
Əlavə
Müqəddəs ibadətimiz 2010
km 6/10 s. 1

Gözünü sağlam saxlayırsanmı?

1. ‘Gözü sağlam’ saxlamaq nə deməkdir?

1 Gözümüz nəyə baxırsa, onu da edirik. İsanın: «Gözün sağlam olsa, bütün bədənin nurlu olacaqdır» sözləri necə də yerindədir! (Mat. 6:22) Gözümüz ruhani cəhətdən «sağlam» olanda məqsədimiz yalnız və yalnız Allahın iradəsini yerinə yetirmək olur. Biz Padşahlığı birinci yerə qoyur və lazımsız maddi şeylərin, yaxud işlərin bizi xidmətdən yayındırmasına yol vermirik.

2. Bizim baxışlarımızı nə korlaya bilər və bu sahədə bizə nə kömək edəcək?

2 Özünü yoxla. Baxışlarımız nəyi almağı bizə deyən reklamların və başqalarında gördüyümüz şeylərin təsiri altında korlana bilər. Bu şeyləri almaq üçün bizdən çoxlu vaxt, vəsait və ya güc sərf etmək tələb olunur. Buna görə də yaxşı olardı ki, özümüzdən soruşaq: «Bu, Yehovaya xidmətimi yaxşılaşdırmağa kömək edəcək, yoxsa mane olacaq?» Bu sualı verməyin sayəsində biz ‘məsrəfləri hesablamağa’ müvəffəq olacağıq (Luka 14:28; Filip. 1:9—11). Həmçinin xidmətdə daha çox iştirak etmək üçün həyatımızı daha necə sadələşdirə biləcəyimizin üzərində düşünsək, müdrik davranmış olacağıq (2 Kor. 13:5; Efes. 5:10).

3. Həyatını sadələşdirmək üçün dəyişiklik edən bir bacıdan nə öyrənirik?

3 Bir bacı daimi pioner xidmətinə başlayanda qərara aldı ki, tam iş günü işləməyə davam etsin. Halbuki, yarım gün işləməklə öz ehtiyaclarını ödəyə bilərdi. Nəhayətdə o, belə bir qənaətə gəldi: «Heç kim iki ağaya qulluq edə bilməz. Mən ehtiyaclarımı ödəmək üçün istəklərimi qurban verməli oldum. Nəhayət, başa düşdüm ki, maddi şeylər getdikcə köhnəlir və dəyərini itirir. Onları əldə etməyə çalışmaq məni əldən salırdı». O, vəziyyətini götür-qoy edərək qərara gəldi ki, həyatını sadələşdirsin və pioner xidmətini davam etdirməyə yol verən iş tapsın.

4. Nəyə görə gözümüzü sağlam saxlamaq indi olduqca vacibdir?

4 Vaxtın azalması gözümüzü sağlam saxlamağın vacibliyini daha da artırır. Geridə qalan hər gün bizi bu sistemin sonuna və Allahın yeni dünyasına bir gün də yaxınlaşdırır (1 Kor. 7:29, 31). Buna görə də diqqətimizi təbliğ işinə yönəltməklə həm özümüzü, həm də bizi dinləyənləri xilas edəcəyik (1 Tim. 4:16).

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş