Xüsusi konqresin təkrarı
Bu suallar, yığıncaqların 2006-cı xidmət ilində iştirak edəcəyi rayon konqresindən əvvəl və sonra Xidməti görüşdə istifadə ediləcək. «Bizim Padşahlıq Xidmətimiz»in 2004-cü ilin avqust sayının 4-cü səhifəsində qeyd edildiyi kimi, sədrlik edən nəzarətçi konqresin proqramına hazırlaşmaq və onun təkrarını keçirmək üçün qayğı göstərəcək. Təkrar zamanı, diqqəti aldığımız mə’lumatı necə tətbiq edə biləcəyimizə yönəldərək, sualların hamısını istifadə etmək lazımdır.
SƏHƏR
1. Gözü sağlam saxlamaq nə deməkdir və nəyə görə bu gün bunu etmək çətindir? («Gözü sağlam saxlamaq nəyə görə lazımdır?»)
2. Gözümüzü sağlam saxlamağımız bizə hansı faydanı gətirir? («Gözü sağlam saxlamağın gətirdiyi xeyir-dualar»).
3. Normal adlanan məşğuliyyətlər hansı zərəri gətirə bilər? («Pis dünyada gözünüzü sağlam saxlayın»).
NAHARDAN SONRA
4. Valideynlər və başqa adamlar gəncləri qarşılarına ruhani məqsədlər qoymağa necə təşviq edə bilərlər? («Oxlarını düz istiqamətə yönəldən valideynlər» və «Ruhani məqsədlərə can atan gənclər»).
5. a) Ayrı-ayrılıqda hər birimiz; b) ailə kimi; c) yığıncaq kimi Yehovanın təşkilatı ilə irəliyə doğru necə yeriyə bilərik? («Diqqətini Yehovanın təşkilatı ilə yeriməyə cəmləşdir»).