Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • km 8/05 s. 6
  • Xüsusi birgünlük konqresin yeni proqramı

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Xüsusi birgünlük konqresin yeni proqramı
  • Müqəddəs ibadətimiz 2005
  • Oxşar material
  • Xüsusi konqresin təkrarı
    Müqəddəs ibadətimiz 2005
  • Gözlərini sağlam saxla
    Müqəddəs ibadətimiz 2004
  • Xüsusi birgünlük konqresin yeni proqramı
    Müqəddəs ibadətimiz 2004
  • Xüsusi birgünlük konqresin yeni proqramı
    Müqəddəs ibadətimiz 2002
Əlavə
Müqəddəs ibadətimiz 2005
km 8/05 s. 6

Xüsusi birgünlük konqresin yeni proqramı

İnsan gözünün quruluşu əsl mö’cüzədir (Məz. 139:14). Göz eyni vaxta yalnız bir şeyə diqqətlə baxa bilir. Bu həm hərfi, həm də məcazi mə’nada belədir. Ruhani cəhətdən görmə qabiliyyətimizi qoruyub təmiz saxlamaq üçün, diqqətimizi Allahın iradəsini yerinə yetirməyə mərkəzləşdirməliyik. Şeytan dünyasının diqqəti yayındıran tə’sirinin get-gedə artdığını nəzərə alsaq, 2006-cı xidmət ilində keçiriləcək xüsusi birgünlük konqresin mövzusunun «Gözünüzü sağlam saxlayın» adlanması çox münasibdir (Mat. 6:22).

Yehovanın xeyir-dualarına malik olmaq üçün biz nə edə bilərik? (Sül. məs. 10:22). Bu sual «Gözü sağlam saxlamağın gətirdiyi xeyir-dualar» adlı mə’ruzədə nəzərdən keçiriləcək. Müsahibələrdə Müqəddəs Yazıların prinsiplərinin tətbiq edilməsindən ala biləcəyimiz faydalar vurğulanacaq. Də’vət olunmuş mə’ruzəçi «Pis dünyada gözünüzü sağlam saxlayın» adlı birinci mə’ruzədə, həyatımızı mürəkkəbləşdirə və ruhən böyüməyimizə mane ola bilən şeylər haqqında xəbərdarlıq edəcək. Biz həmçinin «yaxşı payı» seçməyin özünə nə daxil etdiyini də öyrənəcəyik (Luka 10:42).

Valideynlər və həmimanlılar gənc məsihçiləri diqqətlərini ruhani işlərə mərkəzləşdirməyə necə təşviq edə bilərlər? «Oxlarını düz istiqamətə yönəldən valideynlər» və «Ruhani məqsədlərə can atan gənclər» adlı mə’ruzələrə valideynlərin və gənclərin bu vacib suallara dair fikirləri də daxil ediləcək (Məz. 127:4). Də’vət olunmuş mə’ruzəçinin axırıncı nitqində, Yehovanın təşkilatı ilə hər birimizin ayrılıqda, ailələrin və yığıncaqların irəliləməyə davam etməsi müzakirə ediləcək.

Həqiqətlə təzə tanış olduğumuzdan və ya Yehovaya onilliklərlə xidmət etməyimizdən asılı olmayaraq, hər birimizin ‘gözümüzü sağlam’ saxlaması olduqca vacibdir. Bunu etməkdə xüsusi birgünlük konqres bizə kömək edəcək.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş