Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • km 8/02 s. 1
  • Xüsusi birgünlük konqresin yeni proqramı

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Xüsusi birgünlük konqresin yeni proqramı
  • Müqəddəs ibadətimiz 2002
  • Oxşar material
  • Xüsusi birgünlük konqresin 2010-cu il üçün proqramı
    Müqəddəs ibadətimiz 2009
  • «Vaxtlı-vaxtında yemək»
    Müqəddəs ibadətimiz 2010
  • Xüsusi birgünlük konqresin yeni proqramı
    Müqəddəs ibadətimiz 2008
  • Xüsusi birgünlük konqresin yeni proqramı
    Müqəddəs ibadətimiz 2005
Əlavə
Müqəddəs ibadətimiz 2002
km 8/02 s. 1

Xüsusi birgünlük konqresin yeni proqramı

1 Kütləvi informasiya vasitələrinin və təhsil sahəsinin maddi dəyərlərə böyük əhəmiyyət verdikləri bir vaxtda, Allahın Kəlamı bizi: “Yaxşı işlərlə varlı” olmağa çağırır (1 Tim. 6:18). Bu çağırış, 2002-ci ilin sentyabr ayından başlayaraq keçirilən xüsusi birgünlük konqreslərin mövzusu olacaq. Bu konqresdə hansı ruhlandırıcı fikirləri eşidəcəyik?

2 Rayon nəzarətçisi “Allah qarşısında varlı olun” mövzusunu aydınlaşdıracaq və ruhani var-dövlət əldə etmək istəyən bacı-qardaşlardan müsahibə götürəcək. Də’vət olunmuş natiq “Hazırki biçin vaxtı görülən yaxşı işlər” adlı ilk mə’ruzəsində, Allahın xalqının gördüyü yaxşı işlər barədə danışacaq. O, bizlərdən hər birimizi, Allahın bu gün icra olunan biçin işində daha çox necə iştirak edə biləcəyimizin üzərində düşünməyə təşviq edəcəkdir.

3 Ruhani sərvət toplayan gənclərimizlə necə də fəxr edirik! Bu cür davranmaqla gənc oğlan və qızlar Yehovaya izzət gətirir və gələcək xidmətlərində üzərlərinə şərəfli vəzifələr götürmək üçün yaxşı təməl qoyurlar. “Yehovanı mədh edən gənclərin yaxşı işləri tə’rifə layiqdir” adlı mə’ruzədən, bizim ərazidə yaşayan gənc məsihçilərin gördüyü yaxşı işlər barədə öyrənəcəyik.

4 Bəs yaxşı işlər görərək biz nəyə nail oluruq? Bu barədə, də’vət olunmuş natiq “Yaxşı işlər görməyə davam edin və Yehovanın xeyir-dualarını qazanın” adlı sonuncu mə’ruzədə danışacaq. O, 1) ayrıca təbliğçilərin, 2) ailələrin, 3) yığıncaqların və 4) ümumdünya təşkilatın qazandıqları bol xeyir-duaları nəzərdən keçirəcək.

5 Özlərini Yehovaya həsr edənlərin vəftiz olunmaq imkanları olacaq. Əgər bu addımı atmağa hazırsansa, yubanmadan bu barədə sədrlik edən nəzarətçiyə xəbər ver.

6 Sizin vilayətdə keçiriləcək konqresin tarixi mə’lum olan kimi, orada iştirak etmək üçün əlinizdən gələni edin. Proqram başlamazdan əvvəl gəlmək və birinci mahnıda və duada iştirak etmək üçün sə’y göstərin. Xüsusi birgünlük konqresdə iştirak etməklə və bütün proqramı diqqətlə dinləməklə, bizi Allahımız Yehovanın qarşısında əsl mə’nada varlı edən yolda daha da möhkəmlənəcəyik.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş