Xüsusi birgünlük konqresin 2010-cu il üçün proqramı
1. a) Son illərdə Xüsusi birgünlük konqresdə Müqəddəs Yazılara əsaslanan hansı mövzular araşdırılmışdır? b) Ötən xüsusi birgünlük konqreslərdə səslənən hansı fikirlərin xidmətinizə faydası dəymişdir?
1 ‘Ən üstün dəyərləri ayırd edin’, ‘Bir sürü kimi sabit durun’, ‘Həqiqətə şəhadət edin’, ‘Biz gilik, Yehova isə Dulusçumuz’ (Filip. 1:9, 10, 27; Yəh. 18:37; Yeşaya 64:8). Bunlar ötən xüsusi birgünlük konqreslərdə müzakirə edilən mövzulardan bir neçəsidir. 2010-cu xidmət ilində keçiriləcək xüsusi birgünlük konqresi səbirsizliklə gözləyirsinizmi? Orada 1 Korinflilərə 7:29 ayəsinə əsaslanan «Vaxt azalmışdır» adlı mövzu araşdırılacaq.
2. Bu konqresi həvəslə gözləmək üçün nə edə bilərik?
2 Konqresin vaxtı yığıncağınızda elan edildiyi andan etibarən konqresin proqramını həvəslə müzakirə etməyə başlayın. Bəzi valideynlər uşaqlarının konqresi həvəslə gözləməsi üçün təqvimdə konqresin tarixini işarələyir və yanına hər kəsin konqresə götürməli olduğu şeylərin siyahısını yapışdırır, sonra isə konqresə neçə gün qaldığını hesablayırlar. Ailəvi ibadət axşamında ötən illərin xüsusi birgünlük konqresində etdiyiniz qeydləri nəzərdən keçirə bilərsiniz. Həmçinin ürəyinizi bu tədbirə hazırlamaq üçün «Teokratik Xidmət Məktəbində təlim alırıq» kitabının 13-16-cı səhifələrindəki (rus.) materialı da təkrarlaya bilərsiniz. Bu isə həm özünüzə, həm də ailənizə ‘necə dinlədiyinizə diqqət verməyə’ kömək edəcək (Luka 8:18).
3. Proqramdan tam faydalanmaq üçün nə edə bilərik?
3 Öyrəndiklərinizi tətbiq edin. Adətən konqresdən sonra bu ifadəni eşidirik: «Necə də gözəl proqram idi!» Bu, həqiqətdir, çünki xüsusi birgünlük konqres Yehovanın verdiyi çoxsaylı xeyir-dualardan biridir (Sül. məs. 10:22). Məlumatın səmərə gətirməsi üçün onun üzərində düşünmək və yaddaşımıza həkk etmək lazımdır (Luka 8:15). Konqresdən qayıdarkən ailənizlə və ya bir nəqliyyatda gəldiyiniz həmimanlılarla orada eşitdiyiniz fikirləri müzakirə edin. Məqsədləriniz və xidmətdə faydalı olacaq fikirlər haqqında söhbət edin. Belə etməklə konqresdə eşitdiyiniz fikirlərin faydasını uzun müddət görəcəksiniz (Yaq. 1:25).
4. Nəyə görə bu konqres bizim üçün faydalı olacaq?
4 Kimsə bizə həqiqətən ehtiyacımız olan əşyanı hədiyyə edəndə çox sevinirik. Bəs Yehovanın xüsusi birgünlük konqresdə bizim üçün hazırladığı şeyləri səbirsizliklə gözləməli deyilikmi? Əmin ola bilərik ki, orada eşitdiklərimizin bizə hər sahədə faydası dəyəcək. Tapşırdığı işi yerinə yetirmək üçün səmavi Atamız Yehovanın ruhlandırmaqla və təlim verməklə bizə məhz lazım olan hədiyyəni verəcəyini gözləyə bilərik (2 Tim. 4:2; Yaq. 1:17).