Allahın Kəlamı qüdrətlidir
1. 2014-cü xidmət ilində keçiriləcək xüsusi birgünlük konqresin mövzusu nədir?
1 Qeyri-kamil insanların yazdıqlarından fərqli olaraq, Müqəddəs Kitab bizi dəyişmək, düşüncə və davranışlarımızı Allahın iradəsinə uyğunlaşdırmaq gücünə malikdir. Bəs Allahın Kəlamı nə dərəcədə güclüdür? Biz öz həyatımızda Kəlamın qüdrətindən tam şəkildə necə yararlana bilərik? Başqalarına kömək etmək üçün ondan daha effektiv şəkildə necə istifadə edə bilərik? Biz əminik ki, 2014-cü xidmət ilində keçiriləcək xüsusi birgünlük konqres zamanı müzakirə olunacaq bu fikirlərin hər biri bizi ruhən möhkəmləndirəcək. Konqresin mövzusu İbranilərə 4:12 ayəsinə əsasən, «Allahın Kəlamı qüdrətlidir» adlanır.
2. Biz hansı sualların cavabını öyrənəcəyik?
2 Bu sualların cavabını tap. Konqresə qulaq asarkən aşağıdakı sualların cavablarını qeyd et.
• Nəyə görə Yehova Allahın Kəlamına etibar edə bilərik? (Məz. 29:4)
• Allahın Kəlamının gücünü öz üzərimizdə necə hiss edə bilərik? (Məz. 34:8)
• Təbliğ etdiyimiz insanlara Allahın Kəlamının gücünün təsir etməsi üçün nə etməliyik? (2 Tim. 3:16, 17)
• Şeytan dünyasının aldadıcı qüvvəsinə uymamaq üçün nə etməliyik?
• Gənclər, siz Yehova Allaha uğurla xidmət etmək üçün nə edə bilərsiniz?
• Zəif olanda güclü olmaq üçün nə etməliyik? (2 Kor. 12:10)
• Biz nəyin sayəsində hətta dərin kök salmış pis vərdişləri və düşüncə tərzini dəyişə bilərik? (Efes. 4:23)
3. Xüsusi birgünlük konqresdən daha necə faydalana bilərik?
3 Bu vacib məlumatlar bizə çoxlu fayda gətirəcək. Bundan əlavə, rayon və vilayət konqreslərində olduğu kimi, xüsusi birgünlük konqresdə də başqa yığıncaqdan olan bacı qardaşlarla tanış olmaq və ünsiyyət etmək imkanımız olacaq (Məz. 133:1—3; 2 Kor. 6:11—13). Beləcə, bizim həm köhnə dostlarla ünsiyyətə, həm də yeni dostlar tapmağa vaxtımız olacaq. Əgər xüsusi birgünlük konqresin dəvət edilmiş natiqi vilayət nəzarətçisi və ya Bet-Eldən gələn qardaşdırsa, onda yaxşı olardı ki, onunla və həyat yoldaşı ilə tanış olasan. Həqiqətən də, qarşıdan gələn xüsusi birgünlük konqresi səbirsizliklə gözləməyə əsaslı səbəblərimiz var!