Xüsusi birgünlük konqresin yeni proqramı
Erkən məsihçilər müqəddəs ruhdan qüvvətlənərək xoş xəbəri sə’ylə hər yanda təbliğ edirdilər (Həv. iş. 1:8; Kolos. 1:23). 2007-ci xidmət ilinin «Özünüzü tamamilə Kəlama həsr edin» adlı xüsusi birgünlük konqresi onların nümunəsini izləməyə kömək edəcək (Həv. iş. 18:5).
Padşah Davud Allahın Kəlamı üzərində düşünərkən belə demişdi: «Rəbbin öyüdü [«xatırlatması», YD] e’tibarlıdır, nadanı müdrik edir» (Məz. 19:7). 2007-ci xidmət ili üçün xüsusi birgünlük konqresin yaxşı hazırlanmış proqramı, vaxtın məhdudluğunu nəzərə alaraq bizi ‘islah üçün faydalı’ olan Allahın Kəlamını daha çox qiymətləndirməyə və ondan təbliğdə və şagirdləri öyrətməkdə istifadə etməyə sövq edəcək (2 Tim. 3:16, 17). Yeni proqram bizə tələlərdən qaçmaqda və Müqəddəs Kitab prinsiplərini gündəlik həyatda müvəffəqiyyətlə tətbiq etməkdə kömək edəcək. Həmçinin, gənclərin və yenilərin ruhən tərəqqisi üçün Allahın Kəlamından necə istifadə etməyi öyrənəcəyik.
Proqramın əvvəlindən konqresdə iştirak etməyə və diqqətli olmağa çalış. Tətbiq edə biləcəyin fikirləri qeyd et. Məsləhətləri və xatırlatmaları minnətdarlıqla dinlə və öyrəndiklərini həyatında necə tətbiq edəcəyin haqda fikirləş.
Xüsusi birgünlük konqresin proqramı bizə Allahın Kəlamını daha da çox qiymətləndirməyə və mətanətlə xoş xəbəri təbliğ etməyə, həmçinin başqalarını da buna həvəsləndirməyə kömək edəcək. Gəlin Yehovanın bu proqram vasitəsilə verəcəyi göstəriş və tə’limləri diqqətlə dinləyək! (Yeşaya 30:20b, 21).