«Vaxtlı-vaxtında yemək»
1. Xüsusi birgünlük konqresin proqramı sənə və başqalarına necə kömək edib?
1 Xüsusi birgünlük konqresdən sonra biz çox vaxt deyirik: «Bu lap mənim üçün idi!» Bir rayon nəzarətçisi xəbər verir ki, onun xidmət etdiyi rayonda çoxları konqresin proqramına qulaq asdıqdan sonra xidmətlərini genişləndirmək arzularını bildirmişlər. Digər səyyar nəzarətçi isə deyir: «Konqres həyatda etdiyimiz seçimləri yenidən nəzərdən keçirməklə hansı zəmanədə yaşadığımızı aydın başa düşməyə kömək edir». Başqa bir rayon nəzarətçisi isə deyir: «Bəzi təbliğçilərin bildirdikləri kimi, konqres onları, sanki, oyadır və diqqətlərini çox vacib olan xidmətə cəmləməyə kömək edir». Bəs xüsusi birgünlük konqres sənə necə kömək edib?
2. Növbəti xidmət ilinin proqramında hansı mövzu nəzərdən keçiriləcək?
2 Növbəti xidmət ilinin proqramı da bizim tələbatlarımızı ödəyəcək. Onun «Yehovaya pənah gətirin» adlı mövzusu Məzmur 118:8, 9 (YD) ayələrindən götürülüb. Konqresdə aşağıdakı mövzular müzakirə olunacaq: «Dar gündə Yehova necə pənah yeri ola bilər?», «Başqalarına Yehovanın qanadları altında pənah tapmağa kömək et», «Pənah təqdim edən Yehovanı təqlid et», «Ey gənclər, qoy Yehova pənahınız olsun!» və «Ruhani cənnət Yehovanın təqdim etdiyi sığınacaqdır».
3. Konqresin proqramından necə tam fayda əldə edə bilərik?
3 Proqramdan necə faydalana bilərik? Konqresin tarixi elan olunduqdan sonra işlərini elə planlaşdır ki, konqresdə iştirak edə biləsən; Müqəddəs Kitabı öyrətdiyin adamları da dəvət et. Dözümlə bəhrə gətirmək üçün eşitdiklərimizi unutmamalıyıq (Luka 8:15). Proqrama diqqətlə qulaq as və əsas fikirləri, eləcə də həyatında və xidmətində tətbiq etmək istədiyin məsləhətləri qeyd et. Konqresdən sonra ailəliklə proqramı, həmçinin orada eşitdiyiniz məlumatı necə tətbiq edəcəyinizi müzakirə etmək üçün vaxt ayırın.
4. Nəyə görə biz qarşıdan gələn xüsusi birgünlük konqresi səbirsizliklə gözləyirik?
4 Ləziz və faydalı yeməklərlə dolu süfrə kimi, builki xüsusi birgünlük konqres də böyük məhəbbətlə və düşünülmüş şəkildə hazırlanıb. Arzu edirik ki, Yehova sənin konqresə getmək səyinə xeyir-dua versin və sən məsihçilərin bəslənməsi üçün «vaxtlı-vaxtında» təqdim olunan ruhani yeməkdən fayda əldə edəsən (Mat. 24:45).