Rayon konqresinin təkrarı
Bu suallar, yığıncaqların 2006-cı xidmət ilində iştirak edəcəyi rayon konqresindən əvvəl və sonra Xidməti görüşdə istifadə ediləcək. «Bizim Padşahlıq Xidmətimiz»in 2004-cü ilin avqust sayının 4-cü səhifəsində qeyd edildiyi kimi, sədrlik edən nəzarətçi konqresin proqramına hazırlaşmaq və onun təkrarını keçirmək üçün qayğı göstərəcək. Təkrar zamanı, diqqəti konqresdə aldığımız mə’lumatı necə tətbiq edə biləcəyimizə yönəldərək, sualların hamısını istifadə etmək lazımdır.
BİRİNCİ GÜN
1. Biz yeni mənliyi necə geyinməli və nəyə görə onu qorumalıyıq?
2. Bə’ziləri təbliğ xidmətində daha çox iştirak etməyə necə nail ola bilmişlər?
3. Nə üçün özümüzü başqaları ilə müqayisə etməməliyik?
4. Ailənin hər bir üzvü yeni mənliyi ailə daxilində necə təzahür etdirə bilər?
5. Biz yığıncağı sədaqətlə necə dəstəkləyə bilərik?
6. Nəyə görə təbliğ xidmətində yeni mənliyi təzahür etdirməliyik?
7. Hərtərəfli düşünmək özünə nəyi daxil edir və bu cür düşünməyin faydası nədir?
8. Yehovanın əlində gil kimi yumşaq olmaqda bizə hansı xüsusiyyətlər kömək edir?
İKİNCİ GÜN
9. Dilimizdən düzgün istifadə etmək nə qədər vacibdir?
10. İş və sinif yoldaşlarımızla, o cümlədən başqa adamlarla səmərəli söhbətlər etmək hansı faydaları gətirir?
11. Pavelin Efeslilərə 4:25-32 ayələrindəki məsləhətini həmimanlılarımızla münasibətimizdə necə tətbiq edə bilərik?
12. Şərəf gətirməsi üçün dilimizdən necə istifadə edə bilərik?
13. Şərirə necə qalib gələ bilərik?
14. Bu dünyada ləkəsiz qalmaq üçün hansı sahələrdə sə’y göstərməliyik?
15. Biz nəyə görə daxili varlığımızı günü-gündən yeniləşdirməliyik və bunu necə edə bilərik?
16. Bu il keçirilən rayon konqresinin hansı məsləhətini tətbiq etmək istəyirsən?