Yeni rayon konqresinin proqramı
Pozulmuş köhnə dünyanın axır günlərində ruhani geyimimizi və məsihçi adımızı qorumaq həyati vacibdir (Vəhy 16:15). Buna görə, 2006-cı xidmət ilində keçiriləcək rayon konqresinin «Yeni mənliyi geyinin» adlanması çox münasibdir (Kol. 3:10).
Birinci gün. «Yeni mənliyin müxtəlif cəhətlərini təzahür etdiririk» adlı mə’ruzələr silsiləsi, yeni mənliyin həyatımızın hər bir sahəsində fayda gətirdiyini göstərəcək. Yeni mənliyi necə inkişaf etdirə bilərik? Bu sual, birinci günün sonunda söylənəcək «Hərtərəfli düşünməyi öyrənin» və «Yeni mənliyi formalaşdıran təhsil» adlı mə’ruzələrdə müzakirə olunacaq.
İkinci gün. Yeni mənliyin dilimizdən necə istifadə etməyimizə göstərdiyi tə’sir, «Hikmətlilərə xas olan dili inkişaf etdirin» adlı mə’ruzələr silsiləsində nəzərdən keçiriləcək. «Şərirə qalib gəlirsənmi?» adlı açıq mə’ruzə, Şeytanın fitnələrinə qarşı oyaq durmağın vacib olduğunu göstərəcək. Konqresin «Özünüzü dünyadan ləkəsiz saxlayın» və «Daxili varlığımızı günü-gündən təzələyirik» adlı son iki mə’ruzəsi, Allahın saleh yollarına zidd olan əhval-ruhiyyədən və davranışdan qaçınmaqda, həmçinin Yehovaya ibadətdə sarsılmaz qalmaqda bizə kömək edəcək.
Yeni mənliyi geyinməyə və onu qorumağa dair veriləcək ruhlandırıcı məsləhətləri böyük səbirsizliklə gözləyirik.