Əgər kimsə deyirsə...
«Müqəddəs Kitab insanlar tərəfindən yazılıb»
Belə cavab vermək olar: «Düzdür. Onun yazılmasında təxminən 40 nəfər iştirak etmişdir. Ancaq o, Allahdan ilham almışdır». Sonra əlavə etmək olar: 1) «Bu nə deməkdir? Bu o deməkdir ki, Müqəddəs Kitabın yazılmasına Allah Özü rəhbərlik etmişdir. Bunu müdirin məktubları katibinə yazdırması ilə müqayisə etmək olar». 2) «Kosmosda olan bir kəsdən məlumat almağımız bizi təəccübləndirməməlidir. Hətta insanlar belə Aydan məlumat və şəkillər ötürmüşlər. Onlar bunu necə etmişlər? Ta qədimdən Allahın təyin etdiyi qanunlardan istifadə etməklə». 3) «Nəyə görə əmin ola bilərik ki, Müqəddəs Kitabda olan məlumat, həqiqətən də, Allahdandır? Orada elə məlumat var ki, onu heç cür insanlar yaza bilməzdilər. Məsələn, hansı məlumat? Gələcək haqqında təfərrüatlar. Və onlar həmişə son dərəcə dəqiq olmuşlar». (Məsələn, «Mülahizə» kitabının 54—58 və 275—279-cu səhifələrindəki materialdan istifadə etmək olar, rus.)