Təlim verərkən videofilmlərdən istifadə et
Yehova İbrahim və Yeremya peyğəmbərə vacib məlumatı təkcə deməklə yox, həm də göstərməklə çatdırmışdı (Yar. 15:5; Yer. 18:1—6). Biz videofilmlər kimi əyani vəsaitlərdən istifadə edərək Müqəddəs Kitabı öyrətdiyimiz insanlara Allahın Kəlamındakı həqiqətləri başa düşməyə və onu qiymətləndirməyə kömək edə bilərik. Aşağıda hansı videofilmdən nə zaman istifadə etməklə bağlı bəzi təkliflər var. Ancaq diqqət yetirin ki, bunlar sadəcə təklifdir, çünki öyrənən insanların şəraitləri müxtəlifdir.
«Müqəddəs Kitab öyrədir» kitabı
◻ Fəsil 1: 17-ci abzası müzakirə etdikdən sonra «Yaradılış möcüzələri Allahın əzəmətini bəyan edir» (rus., türk) adlı videofilmə baxın.
◻ Fəsil 2: Qurtardıqdan sonra «Müqəddəs Kitab — müasir kitablardan ən qədimi» (rus.) adlı videofilmə baxın.
◻ Fəsil 9: 14-cü abzası müzakirə etdikdən sonra «Yehovanın Şahidləri — Allahın xoş xəbərini bəyan edən təşkilat» (rus.) adlı videofilmə baxın.
◻ Fəsil 14: Qurtardıqdan sonra «Müqəddəs Kitab — həyatımızı dəyişən qüvvə» (rus.) adlı videofilmə baxın.
◻ Fəsil 15: 10-cu abzası müzakirə etdikdən sonra «Ümumdünya qardaşlığımız» (rus.) adlı videofilmə baxın.
«Allahın məhəbbəti» kitabı
◻ Fəsil 3: 15-ci abzası müzakirə etdikdən sonra «Gənclərin sualları: əsil dostları necə tapmaq olar?» (rus.) adlı videofilmə baxın.
◻ Fəsil 4: Qurtardıqdan sonra «Yehovanın hakimiyyətinə hörmət et» (rus.) adlı videofilmə baxın.
◻ Fəsil 7: 12-ci abzası müzakirə etdikdən sonra «Qansız müalicə. Əldə edilən nailiyyətlər» (rus.) adlı videofilmə baxın.
◻ Fəsil 9: 6-cı abzası müzakirə etdikdən sonra «Allahın müasir xidmətçilərinə xəbərdarlıq nümunələri» (rus.) adlı videofilmə baxın.
◻ Fəsil 17: Qurtardıqdan sonra «Görünən şeylərə yox, imana əsaslanaraq yaşayın» (rus.) adlı videofilmə baxın.
Müqəddəs Kitabı öyrətdiyin adama fayda gətirəcək başqa videofilmlər də varmı? Məsələn, «Sınaqlar zamanı sadiq qalanlar. Yehovanın Şahidləri Sovet İttifaqında» və ya «Yehovanın Şahidlərinin nasizm qarşısında göstərdikləri mətanət» (rus.) adlı videofilmlərə baxmaq təqiblərlə üzləşən kəsləri ruhlandıra bilər. «Allahı izzətləndirən məqsədlərə can atın» və «Gənclərin sualları. Həyatımı nəyə həsr edim?» (rus.) adlı videofilmlər gənclərə fayda gətirə bilər. Öyrənənlə birgə videofilmə nə vaxt baxacağını və ya filmi ona verəcəyini unutmamaq üçün «Müqəddəs Kitab öyrədir» və «Allahın məhəbbəti» kitablarında özün üçün qeyd et. Hər dəfə yeni videofilm çıxanda öyrənənin ürəyinə təsir etməsi üçün ondan necə istifadə edə biləcəyin barədə düşün (Luka 24:32).