Əyani vəsaitlərdən istifadə et
1. Yehova Öz qədim xidmətçilərini öyrətmək üçün əyani vəsaitlərdən necə istifadə edirdi və bu onlara hansı tə’siri bağışladı?
1 Qədim zamanlarda Yehova vacib mə’lumatları xidmətçilərinə çatdırmaq üçün vəhy və rö’yalardan istifadə edirdi. Məsələn, Yezekelin Yehovanın səmavi arabasını gördüyü görüntü haqqında düşün (Yez. 1:1-28). Bir-birini əvəz edən dünya imperiyalarını peyğəmbərlik rö’yasında görən Danielin hansı hissləri keçirdiyini təsəvvürünə gətir (Dan. 7:1-15, 28). Hələ həvari Yəhyanın aldığı «Rəbbin günündə» baş verəcək hadisələri göstərən həyəcanlandırıcı vəhyi xatırla (Vəhy 1:1, 10). Yehova parlaq boyalardan və dinamik hərəkətlərdən istifadə edərək bu peyğəmbərləri öyrətdiyi üçün, onların beynində unudulmaz təəssürat yarandı.
2. Başqalarına Müqəddəs Kitab həqiqətlərini çatdırmaq üçün biz hansı əyani vəsaitlərdən istifadə edə bilərik?
2 Əgər Müqəddəs Kitab həqiqətlərini unudulmaz təəssürat oyadaraq başqalarına çatdırmaq istəyiriksə, biz də, eynilə, tə’lim verərkən videofilmlərdən istifadə edə bilərik. Bizdə müxtəlif mövzulara dair videofilmlər var. Onlar Müqəddəs Kitaba, Yehovanın təşkilatına, həmçinin yetkin məsihçi olmağımıza kömək edən prinsiplərə e’tibarımızı artırır. Videofilmlərdən istifadə etməyin bir neçə üsulunu nəzərdən keçirək.
3. Müqəddəs Kitab öyrənmələrini Yehovanın təşkilatına necə yönəltmək olar?
3 Xidmətdə. Sən heç Müqəddəs Kitab öyrənmənə bizim ümumdünya məsihçi qardaşlığımız haqqında danışmısanmı? Ona «Yehovanın Şahidləri. Adına layiq təşkilat» (rus.) videofilminin köməyilə təşkilatımızın miqyası haqda mə’lumat ver. Filmi növbəti məşğələyədək baxmaq üçün ona verə və ya onunla birgə baxa bilərsən. Sonra «Bizim Padşahlıq Xidmətimiz»in 2000-ci il oktyabr sayında (rus.) olan sualların köməyilə filmi birlikdə müzakirə edin.
4. Gənc Şahidlər məktəbdə hansı tə’lim vəsaitlərindən istifadə edə bilərlər?
4 Gənclər, «Yehovanın Şahidlərinin nasizm qarşısında göstərdikləri mətanət» (rus.) və ya «Sınaqlar zamanı sadiq qalanlar. Yehovanın Şahidləri Sovet İttifaqında» (rus.) videofilmini sinifdə nümayiş etdirməyi müəlliminizdən xahiş edə bilərsiniz. Müzakirə etmək üçün suallar hazırlamağı təklif et və «Bizim Padşahlıq Xidmətimiz»in 2001-ci il yanvar (rus.) və 2003-cü il fevral sayındakı sualları sinfə uyğunlaşdır.
5. Valideynlər ailəvi öyrənmədə daha nədən istifadə edə bilərlər?
5 Ailə üzvlərin və dostlarınla. Valideynlər, uşaqlarınızla sonuncu dəfə «Gənclərin sualları: əsl dostları necə tapmaq olar?» (rus.) videofilminə nə zaman baxmısınız? Nə üçün növbəti ailəvi öyrənmədə yenidən bu filmə baxmayasınız? «Bizim Padşahlıq Xidmətimiz»in 2004-cü ilin sentyabr sayında (rus.) filmin canlı və açıq müzakirə edilməsi üçün suallar vardır.
6. Dostlarınla necə ruhlandırıcı vaxt keçirə bilərsən?
6 Yığıncaqdakı dostlarından kimisə evinə də’vət etmək istəyirsənmi? «Müqəddəs Kitab: tarixin dəqiqliyi, peyğəmbərliklərin doğruluğu» (rus.) filminə birlikdə baxmaqla, xüsusən də sonra «Bizim Padşahlıq Xidmətimiz»in 2000-ci il dekabr sayında (rus.) dərc edilmiş sualların vasitəsilə, hansı faydalar əldə etdiyinizi müzakirə etməklə siz ruhlandırıcı bir gün keçirəcəksiniz.
7. Videofilmlərimizi göstərmək üçün sən hansı imkanlardan istifadə edə bilərsən?
7 Başqa imkanlar. Başqa hansı üsullarla sən 13 videofilmdən (rus.) istifadə edə bilərsən? Onlardan birini və ya ikisini müntəzəm olaraq baş çəkdiyin adama göstərməyin onun ruhani inkişafına kömək edə bilərmi? Sən onu yerli qocalar evində göstərməyi təklif edə bilərsənmi? Bu videofilmlər sənin imanına şərik olmayan qohumların, qonşuların və iş yoldaşlarında xoş təəssürat oyada bilərmi? Bizim videofilmlər tə’sirli, tə’limverici və çox effektli əyani vəsaitdir. Tə’lim verərkən onlardan istifadə etməyi unutma.