Xidmətdə püxtələşək. Giriş sözlər hazırlamaqla
Nə üçün vacibdir? Əgər giriş sözlərimiz maraqsız olsa, şahidlik verməyə macal tapmamış ev sahibi sözümüzü kəsə bilər. Buna görə də bir çox təbliğçilər üçün giriş sözlər təqdimənin ən vacib hissəsidir. Nümunə üçün təqdimələr «Bizim Padşahlıq Xidmətimiz» vərəqəsində və «Mülahizə» kitabında (rus.) dərc edilsə də, bunlar heç də həmişə istifadə olunan tam giriş sözlər deyil, onları şəraitə uyğun dəyişmək olar. Hətta nümunə üçün təqdimə tam olsa da, təbliğçilər onu dəyişə və ya onları özü hazırlaya bilər. Beləliklə, ev sahibi qapını açanda tələsik nəsə demək əvəzinə, giriş sözlərimizi yaxşıca hazırlasaq, yaxşı nəticə əldə edəcəyik (Sül. məs. 15:28).
Bu ay ərzində buna çalış:
Ailəvi ibadət zamanı giriş sözlər hazırlamağa və onları məşq etməyə vaxt ayır.
Deyəcəyin giriş sözləri əvvəlcədən əməkdaşınla bölüş (Sül. məs. 27:17). Giriş sözlərin effektiv olmasa, onları dəyiş.