Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • km 7/14 s. 2
  • Allahın gözündə necə insanam?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Allahın gözündə necə insanam?
  • Müqəddəs ibadətimiz 2014
  • Oxşar material
  • Güzgüdən düzgün istifadə edin
    Gözətçi qülləsi 2025
  • ‘İlk məhəbbətini’ qoru
    Gözətçi qülləsi 2008
  • Fədakarlıq ruhunu qoruyun
    Gözətçi qülləsi 2014
  • Nəyə görə xarici görkəmim məni narahat edir?
    Gənclərin 10 sualına cavab
Əlavə
Müqəddəs ibadətimiz 2014
km 7/14 s. 2

Allahın gözündə necə insanam?

1. Hansı mənada Müqəddəs Kitab güzgüyə bənzəyir?

1 Güzgüyə tez-tez baxırsan? Əksəriyyətimiz güzgüyə tez-tez baxırıq, çünki bu, bizə xarici görünüşümüzə daim nəzər yetirməyə kömək edir. Müqəddəs Kitab güzgüyə bənzədilir. Allahın Kəlamını oxumaqla biz özümüzü, Yehovanın bizi gördüyü kimi, görürük (1 Şam. 16:7; Yaq. 1:22—24). Allahın Kəlamı «ürəyin düşüncə və niyyətlərini üzə [çıxara]» bilər (İbr. 4:12). Bəs Müqəddəs Kitabı hər gün oxuyub üzərində düşünmək daha səriştəli müjdəçi olmaq üçün möhkəmləndirməli olduğumuz cəhətləri görməyə necə kömək edə bilər? (Məz. 1:1—3).

2. Müqəddəs Kitab özümüzü yoxlamağa necə kömək edir?

2 Müqəddəs Kitabdan güzgü kimi istifadə et. Müqəddəs Kitabda qələmə alınan sadiq insanların nümunəsi Yehovanın hansı keyfiyyətlərdən razı qaldığını bizə öyrədir. Məsələn, Davud Allahın adının qeyrətini çəkirdi (1 Şam. 17:45, 46). Yeşaya gərgin mühitdə könüllü olaraq cəsarətlə təbliğ edirdi (Yeşaya 6:8, 9). Səmavi Atasına böyük məhəbbətdən irəli gələrək İsa xidmətə ağır yük kimi yox, sevinc və təravət mənbəyi kimi baxırdı (Yəh. 4:34). Birinci əsrdəki məsihçilər də canla-başla təbliğ edir, Yehovaya güvənir və təslim olmurdular (Həv. iş. 5:41, 42; 2 Kor. 4:1; 2 Tim. 4:17). Belə nümunələr üzərində düşünmək bizə çatışmayan cəhətlərimizi görməyə və müqəddəs xidmətə yararlı olmaq üçün lazımi keyfiyyətlər inkişaf etdirməyə kömək edir.

3. Nə üçün dəyişiklik etməyi təxirə salmamalıyıq?

3 Qüsurları düzəlt. Sözsüz ki, güzgüyə baxıb qüsurları görməməzlikdən gəlmək yaxşı olmazdı. Biz Yehovaya dua edə bilərik ki, bizə qüsurlarımızı görməyə və onları düzəltməyə kömək etsin (Məz. 139:23, 24; Luka 11:13). Vaxt azaldığı və həyat çətinləşdiyi üçün lazımi dəyişikliklər etməyi təxirə salmamalıyıq (1 Kor. 7:29; 1 Tim. 4:16).

4. Allahın Kəlamına diqqətlə baxan və ona uyğun davranan insan haqda nə demək olar?

4 Yehovanın gözündə insanın daxili aləmi zahirindən daha vacibdir (1 Pet. 3:3, 4). Bəs Allahın Kəlamına diqqətlə baxan və ona uyğun davranan insan haqda nə demək olar? O, «unutqan dinləyici olmayıb eşitdiklərini yerinə yetirdiyi üçün öz işində xoşbəxt olacaq» (Yaq. 1:25). Bəli, «Yehovanın calalını güzgü kimi əks [etdirdiyimiz]» üçün biz xoşbəxt və səriştəli təbliğçi olacağıq (2 Kor. 3:18).

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş