MÜTALİƏ ÜÇÜN TÖVSİYƏ
Güzgüdən düzgün istifadə edin
Şagird Yaqub qeyd etmişdi ki, Müqəddəs Kitab güzgütək bizim daxilən necə insan olduğumuzu göstərir (Yaq. 1:22—25). Bəs biz bu «güzgüdən» düzgün istifadə etməyi necə öyrənə bilərik?
Diqqətlə oxuyun. Özümüzə güzgüdə ötəri baxsaq, hansısa eybimizi görməyə bilərik. Eynilə Müqəddəs Kitabı da diqqətlə oxumalıyıq ki, xasiyyətimizdəki qüsurları görüb dəyişək.
Güzgüdə başqasına yox, özünüzə baxın. Bəzən güzgünü elə tuta bilərik ki, orada başqasının eyiblərini görək. Eynilə ola bilər ki, Müqəddəs Kitab güzgüsündə başqalarının səhvlərini görək. Amma bu zaman öz səhvlərimizi düzəldə bilməyəcəyik.
Tarazlı olun. Əgər güzgüyə baxanda orada yalnız eyiblərimizi görsək, ruhdan düşərik. Müqəddəs Kitabı oxuyarkən tarazlı olmalıyıq, özümüzdən Yehovanın gözlədiyindən artığını gözləməməliyik (Yaq. 3:17; Zəb. 103:14).