1914-cü illə bağlı etiqadımızın izahı
Müqəddəs Yazılar bizi etiqadımızı «müdafiə etməyə həmişə hazır [olmağa],.. bunu həlimliklə və dərin hörmətlə [etməyə]» təşviq edir (1 Pet. 3:15). Əslində, Müqəddəs Kitabın dərin həqiqətlərini, məsələn, Padşahlığın 1914-cü ildən idarə etməyə başladığını haradan bildiyimizi izah etmək çətin gələ bilər. Söhbətə hazırlaşmağa bizə «Müqəddəs Kitab əsasında söhbət. Allahın Padşahlığı nə vaxtdan hökmranlıq edir?» adlı ikihissəli məqalə kömək edə bilər. (Birinci hissə: «Gözətçi qülləsi»nin 2014-cü il oktyabr—dekabr sayında, ikinci hissə: «Gözətçi qülləsi»nin 2014-cü il 1 noyabr sayında (rus./türk.) və ya jw.org saytının MÜQƏDDƏS YAZILARIN TƏLİMLƏRİ > suallar MÜQƏDDƏS YAZILARA AİD SUALLARA CAVAB > Allahın Padşahlığı > «Müqəddəs Kitab xronologiyası 1914-cü il haqda nə deyir?» məqaləsində yerləşir.) Bu məqalələri araşdırarkən səhnəcikdə Camal adlı təbliğçidən öyrənməli olduğumuz şeylərlə bağlı aşağıdakı sualların üzərində düşün.
O,..
ümumi dil tapmaq üçün tərifdən necə istifadə etdi? (Həv. iş. 17:22).
etiqadlarını bölüşərkən necə təvazökar davrandı? (Həv. iş. 14:15).
Nəyə görə onun...
əlavə fikrə keçməzdən öncə əvvəlki fikrə yekun vurması yaxşıdır?
vaxtaşırı pauza edib həmsöhbətindən izah etdiklərini başa düşüb-düşmədiyini soruşması yaxşıdır?
bir dəfəyə həddən çox məlumatla yükləməməsi yaxşıdır? (Yəh. 16:12).
Dahi Nəsihətçimiz Yehovaya minnətdarıq ki, bizə Müqəddəs Kitabın dərin həqiqətlərinə susamış insanlara onu necə izah etməli olduğumuzu öyrədir! (Yeşaya 30:20).