Xatirə gecəsinə hazırlaşırsınız?
Eramızın 33-cü ilinin nisan ayının 13-ü idi. İsa bilirdi ki, edam ediləcək, ən yaxın dostları ilə keçirmək üçün cəmi bir gecəsi qalıb. İsa onlarla axırıncı dəfə Pasxa bayramını keçirəcək və yeni bir mərasimi — Ağanın şam yeməyini təsis edəcəkdi. Sözsüz ki, belə əlamətdar tədbir üçün hazırlıq görmək tələb olunurdu. Buna görə də o, Butrusla Yəhyanı hazırlıqlar görməyə göndərdi (Luka 22:7—13). O vaxtdan etibarən Xatirə gecəsini qeyd edən məsihilər bu mərasim üçün hər il hazırlıq görürlər (Luka 22:19). Bu il aprelin 3-ü qeyd ediləcək Xatirə gecəsinə hansı hazırlıqlar görülməlidir?
Təbliğçilərin görəcəyi hazırlıqlar:
Xatirə gecəsi ilə əlaqədar kampaniyada tam iştirak etmək üçün işlərinizi planlaşdırın.
Müqəddəs Kitabı öyrətdiyiniz adamların, qohumlarınızın, məktəb və iş yoldaşlarınızın və başqa tanışlarınızın siyahısını tutun, sonra onları dəvət edin.
Müqəddəs Kitabdan Xatirə gecəsi ilə əlaqədar olan parçaları oxuyub üzərində düşünün.
Xatirə gecəsi vaxtı qonaqları qarşılayın.