Xatirə gecəsinə canla-başla hazırlaş
1. Xatirə gecəsi ərəfəsi nə üçün xüsusi vaxtdır?
1 Çərşənbə axşamı 26 mart tarixində keçiriləcək Xatirə gecəsi Allahın xilas tədbirinə sevinmək üçün əsaslı səbəbdir (Yeşaya 61:10). Qarşıdan gələn mərasim ərəfəsində ürəyimizdə belə əhval-ruhiyyənin olması bizə bu mərasimə yaxşı hazırlaşmağa kömək edəcək. Necə?
2. Xatirə gecəsinə hazırlaşmağa bizi nə təşviq edir?
2 Xatirə gecəsinə hazırlaş. Ağamızın şam yeməyi sadə şəkildə keçirilir. Bununla belə, hər şey qabaqcadan planlaşdırılır ki, vacib göstərişlər yaddan çıxmasın (Sül. məs. 21:5). Bunun üçün vaxt və münasib yer qabaqcadan seçilməli, lazım olan simvollar tapılmalı, eləcə də görüşün keçiriləcəyi yer təmizlənməli və hazır vəziyyətdə saxlanılmalıdır. Dəvət olunmuş natiq yaxşıca hazırlaşmalı, xidmətçilər və simvolları verəcək qardaşlar qabaqcadan məlumatlandırılmalıdırlar. Şübhə yoxdur ki, bunların əksəriyyəti artıq edilib. Xilas etməyə qadir olan fidyə qurbanlığına olan minnətdarlığımız bizi bu müqəddəs tədbirə daha yaxşı hazırlaşmağa təşviq edir (1 Pet. 1:8, 9).
3. Ürəyimizi Ağamızın şam yeməyinə necə hazırlaya bilərik?
3 Ürəyini hazırla. Xatirə gecəsinin mahiyyətini dərk etmək üçün ürəyimizi hazırlamaq da olduqca vacibdir (Ezra 7:10). Bunun üçün Xatirə Gecəsi ilə əlaqədar Müqəddəs Kitabdan xüsusi parçaları araşdırmağa və İsanın yer üzündəki həyatının son günləri barədə düşünməyə vaxt ayırmalıyıq. İsanın fədakarlığı üzərində düşünmək bizi onu təqlid etməyə təşviq edəcək (Qalat. 2:20).
4. Fidyənin hansı faydası sənə böyük sevinc gətirir?
4 Məsihin ölümü Yehovanın ali hökmranlığı bəraət qazandırır. Bizi isə günah və ölümdən azad edir (1 Yəh. 2:2). Bu fidyə Yehova ilə sülh münasibətləri qurmağa imkan yaradır və əbədi həyata yol açır (Kolos. 1:21, 22). O həmçinin Yehovaya həsr olunmamıza müvafiq yaşamaq və Məsihin şagirdi olaraq qalmaq qətiyyətimizi möhkəmləndirir (Mat. 16:24). Beləliklə, qarşıdan gələn Xatirə gecəsinə hazırlaşmaq və orada iştirak etmək sevincimizi artıra bilər.