Xidmətdə püxtələşək. Qapı ağzında «İlahi müjdə» broşürü vasitəsilə Müqəddəs Kitab dərsinə başlamaqla
Nə üçün vacibdir? Şagird hazırlamaq üçün biz gərək Allahın Kəlamının müəllimləri olaq (Mət. 28:19, 20). Hər birimiz bizə verilən vəsaitlərdən istifadə edərək həqiqəti insanlara məharətlə öyrədə bilərik. «İlahi müjdə» broşürü bu işdə bizə kömək etmək üçün hazırlanıb. İlk gəlişimiz zamanı bu broşürdən istifadə edərək elə qapının ağzındaca ev sakini ilə Müqəddəs Kitab dərsinə başlaya bilərik.
Bu ay ərzində buna çalış:
Yehovaya dua et ki, Müqəddəs Kitab dərsi keçmək üçün ürəyində istək yaratsın. Həmçinin Yehovadan xahiş et ki, kiminləsə Müqəddəs Kitabı öyrənməyə başlayasan və həqiqəti məharətlə öyrədə biləsən (Filip. 2:13).
Ailəvi ibadət və ya şəxsi mütaliə zamanı bu təqdiməni öyrənməyə vaxt ayır. Beləcə, əminliklə danışa və qapı ağzında Müqəddəs Kitab dərsinə başlaya bilərsən.