Xidmətdə püxtələşək. «Yaradan və Onun niyyəti» broşürünü təklif et
Nə üçün vacibdir? «Yaradan və Onun niyyəti» broşürü bizim vacib dərs vəsaitlərimizdən biridir. Ancaq kiminləsə bu broşür vasitəsilə dərs keçmək üçün əvvəlcə gərək onu həmin adama verək. Buna görə də hər birimiz xidmətdə bu broşürü təklif etməyi bacarmalıyıq (Məs. 22:29). Bunun çoxlu üsulları var. Təbliğçi ona yarayan üsulu seçməlidir.
Bu ay ərzində bunu etməyə çalış:
Ailəvi ibadət zamanı məşq edin.
Xidmətdə olarkən necə təqdimə edəcəyini başqa təbliğçilərə danış (Məs. 27:17). Effektiv olmasa təqdiməni dəyiş.