Əsas dərs vəsaitindən hərtərəfli istifadə et
Dərs keçdiyimiz adam Müqəddəs Kitabın təlimlərini öyrənib həyatında tətbiq etdikcə inkişaf edəcək və ruhani bəhrələr gətirəcək (Zəb. 1:1—3). Əsas dərs vəsaitindən hərtərəfli istifadə etsək, şagirdə inkişaf etməyə kömək edə biləcəyik.
Giriş sualları. Hər fəslin əvvəlində həmin fəsildə cavablanan suallar yazılıb. Şagirddə araşdırılacaq materiala maraq oyatmaq üçün bu sualları səsləndirmək olar. Yaxud da ondan suallara qısaca cavab verməsini xahiş edə bilərsən. Səhv cavab versə, dərhal düzəliş etmək lazım deyil. Onun cavablarından başa düşəcəksən ki, nələrə diqqət göstərmək, hansı məqamları vurğulamaq lazımdır (Məs. 16:23; 18:13).
Əlavələr. Əgər insan fəsli başa düşüb və öyrəndikləri ilə razılaşıbsa, onda ona tapşırmaq olar ki, əlavələr bölməsindəki mövzu ilə əlaqəli materialı özü araşdırsın. Növbəti dərsdə isə bir neçə dəqiqə ərzində materialı başa düşüb-düşmədiyini yoxlamaq olar. Ancaq birgə araşdırmağınız şagird üçün daha faydalı olacaqsa, onda dərs vaxtı abzasları oxuyaraq və qabaqcadan hazırladığın sualları verərək əlavələr bölməsindəki məqaləni müzakirə edin.
Təkrar üçün çərçivə. Hər fəslin sonunda olan təkrar üçün çərçivədə fəslin əvvəlindəki giriş suallarının cavabı yazılıb. Bu çərçivənin köməyilə şagirdin materialı başa düşdüyünə və əsas fikirləri izah edə biləcəyinə əmin ola bilərsən. Çərçivədəki hər cavabı və yanındakı ayələri ucadan oxu. Sonra isə şagirddən xahiş et ki, ayələrin köməyilə bu cavabın nəyə görə düz olduğunu izah etsin (Həv. 17:2, 3).