Qanada xoş xəbər təbliğ olunur
Nümunə üçün təqdimələr
«GÖZƏTÇİ QÜLLƏSİ»
Sual: Bəzi insanlar düşünür ki, Müqəddəs Kitab indiki zəmanə üçün deyil. Digərlərinin fikrincə isə, bu kitab dəyərli məsləhətlərlə doludur. Bəs sizcə?
Ayə: 2Tm 3:16, 17
Nəşr: «Gözətçi qülləsi»nin bu sayında Müqəddəs Kitabın hikmətli məsləhətlər toplusu olduğu göstərilir və onu oxumaqdan tam fayda əldə etməyin yolları açıqlanır.
MÜQƏDDƏS KİTAB VASİTƏSİLƏ TƏBLİĞ ET
Sual: Sizcə, dünyanın axırına az qalıb?
Həqiqət: Müqəddəs Kitabdakı peyğəmbərliklər göstərir ki, biz axırzamanda yaşayırıq. Ancaq buna görə sevinmək lazımdır, çünki qarşıda bizi gözəl günlər gözləyir.
«HƏYAT NECƏ YARANIB?»
Sual: Bəziləri inanır ki, dünyanı Allah yaradıb, digərlərinin fikrincə isə, dünya təsadüf nəticəsində əmələ gəlib. Bəs siz necə düşünürsünüz?
Nəşr: Bu broşürdə gətirilən sübutlar çoxlarını Yaradanın olduğuna inandırmışdı. İstəyərdim gələn dəfə gəlib 29-cu səhifədəki «Nəyə inandığınızın əhəmiyyəti varmı?» adlı məqaləni sizinlə müzakirə edim.
ÖZ TƏQDİMƏNİ HAZIRLA
Bu təqdimələri nümunə götürərək öz təqdimənizi hazırlayın.